Azərbaycan Boloniya deklarasiyasını imzaladıqdan sonra ölkə qarşısında əsas məsələlərdən biri Avropa standartlarına uyğun təhsil sistemi qurmaqdır.
Google axtarış sisteminin yeni funksiyası Preferred Site, istifadəçilərə ilk növbədə hansı saytlardan axtarış etməyin lazım olduğunu seçmək imkanı verəcək.
ABŞ-ın bütün informasiya portalları Yahoo, CNN, MSNBC, AOL News, The New York Times, ABC, CBS, Fox və Washington Post, ilk dəfə Prezident Barak Obamanın inauqurasiyasından canlı veb-yayım təqdim ediblər.
Nazirin tariflərlə bağlı son dəfəki çıxışından sonra AİF prezidenti Osman Gündüz Xəbərlər.az-ın suallarını cavablandırıb. O, nazirliyin bu təklifini müsbət qiymətləndirib və qiymətlərin 2-3 dəfə aşağı salınacağl təqdirdə piket keçirmək fikrindən daşınacağını söyləyib.
Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) ölkə ərazisində 100-dək yeni baza stansiyası quraşdırıb.
Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorlarının mövcud tarifləri digər ölkələrlə müqayisədə dəfələrlə yüksəkdir.
Vatikan məşhur internet kampaniyası \"Google\" ilə müqavilə bağlayıb. Qaynar.info-nun verdiyi xəbərə görə, bu müqavilə, \"Google\" Roma Papasının fəaliyyəti ilə bağlı audio-video materialların, informasiyaların və fotoların internetdə yayımlanması haqqındadır.
Nuşirəvan Məhərrəmli hesab edir ki, dublyajın aşağı səviyyədə olması televiziyaların işlərini qanuni qurmaması ilə bağlıdır
Son 5 ildə Sabirabadda rabitə xidmətinin səviyyəsi xeyli yüksəlib. Bu müddətdə rayonun Haşimxanlı, Xəlfəli, Bulaqlı və Güdəcühür kəndlərində yeni ATS istifadəyə verilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib ki, milli rabitə peykinin buraxılmasını nəzərdə tutan “AzərSat” layihəsi çərçivəsində yaxın vaxtlarda iki qlobal orbital mövqe icarəyə götürüləcək.
Hindistan hökuməti, Ticarət və Sənaye Nazirliyinin Milli Məhsuldarlıq Şurası (NPC) tərəfindən 9-13 fevral 2009-cu il tarixlərində Hindistanın Qoa ştatında “Qeyri-peşəkarlar üçün İnformasiya Texnologiyaları” Proqramı təşkil ediləcəkdir.
İngiltərə Müdafiə Nazirliyinin kompyuter sisteminə 15 gün öncə yoluxan bir virusun hələ də təmizlənə bilmədiyi bildirilib.
Hakerlər 19 il bundan əvvəl tökülən qanların yerdə qalmaması üçün ermənilərə virtual olaraq ən ağır cavab verdiklərini bildiriblər.
«Gənc Liderlər» Uşaq Təşkilatı (GLUT) bir qrup xanım millət vəkilinin televiziyalardan əxlaqsız film və serialların yığışdırılmasına dair müraciətinə dəstək bəyanatı verib. Təşkilatın sədri Fərid Şahbazlının Qaynar.info-ya açıqlamasına görə, GLUT-un İdarə Heyətinin toplantısında bəzi telekanallarda efirə gedən əxlaqsız filmlər və bayağı verilişlər Azərbaycanın gələcəyinə vurulan zərbə kimi qiymətləndirilib.
Şirkətdən xeberler.az-a verilən məlumata görə, bu dəfə operator Danimarkanın “Sonofon” mobil rabitə şirkəti ilə Beynəlxalq MMS xidmətini istifadəyə verib.