Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2008-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Yaxın günlərdə musavat.com informasiya portalı kimi fəaliyyətə başlayacaq. Əslində, fikir vermisinizsə, artıq bir həftədən çoxdur ki, sayt online rejimində fəaliyyət göstərir, gün ərzində dəfələrlə yenilənir.
Məsələ ilə əlaqədar Milli Televiziya və Radio Şurasının sədr müavini Toğrul Məmmədov xeberler.az-a bildirib ki,saytın yenilənməməsinə səbəb texniki problemlərdir.
Xəbərlər.az-a verilən məlumata görə, Vergilər Nazirliyinin rəsmi internet saytının yeni versiyası üzərində hazırlıqlar gedir. Saytın dizaynında bir sıra dəyikliklər olacağı bildirilib.
Artıq bir necə operatorla bu barədə razılıq əldə edilib.
Multimedia Mərkəzi tərəfindən 01 fevral 2009-cu il tarixdən etibarən ictimai informasiya subyektlərinin ( dövlət orqanları və bələdiyyələrin) rəsmi internet resurslarının monitorinqinə başlanacaq.
“Beynəlxalq Yayım İttifaqı və ABŞ səfirliyinin nümayəndələri ilə bu ilin fevralında Bakıda keçiriləcək görüşdə xarici radioların Azərbaycanda yayımı ilə bağlı məsələ bir daha müzakirə ediləcək.
Dünya İnternet şəbəkəsində mövcud musiqi fayllarının 95%-i qeyri-leqal yüklənilir.
Cari ildə Azərbaycanda bütün orta məktəblərin vahid mərkəzdən İnternetə qoşulmasını təmin edəcək Məlumat və Resurs Mərkəzi yaradılacaq.Mərkəzin açılışı bu ilin mart ayına planlaşdırılır.
“Azercell Telekom” MMC ilə Hindistanın “Vodafone Essar East Ltd” və Kambocanın “Applifone-Starcell” operatorları arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib.
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Avropa Nüvə Tədqiqatı Mərkəzi (ANTM) ilə elmi əlaqələri daha da genişləndirmək üçün Milli GRİD Şəbəkə Sistemi yaradılır.
Microsoft isə çox güman ki gələcəkdə netbuklarda Windows XP-ni hazırlanmaqda olan Windows 7 sisteminin sadələşdirilmiş versiyası ilə əvəzləyəcək.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” çərçivəsində regionlarda rəqəmsal geriliyin aradan qaldırılması, İKT sahəsində milli kadrların hazırlanması məqsədilə cari ilin 5-15 yanvar tarixlərində Qax rayonunun ümumtəhsil məktəblərinin “İnformatika” fənnini tədris edən müəllimləri üçün tədris kurslarının 1-ci mərhələsi keçirilib.