Martın 18-də keçiriləcək ümumxalq səsverməsində (referendumda) kütləvi informasiya vasitələrində referendum qabağı təşviqat aparmaq məqsədilə 40 min və daha çox üzvü olan təşviqat subyektlərinə 5 kütləvi informasiya vasitələrində (KİV) ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.
BMT-nin press-relizində deyilir ki, 2 min tirajı olan CD-nin informasiya texnologiyalarının tədricən öyrənilməsi üçün səkkiz baza modulu var və özünəməxsus dərs vəsaitidir. Bütün tədris kompakt - diskləri Türkmənistanın məktəbləri, kompüter mərkəzləri, eləcə də bir sıra nazirlik və dövlət idarələri arasında yayılacaq.
Obamanın andiçməsindən istifadə edən bəziləri poçt ünvanlara “Obama batan gəmini tərk edir”, “Obama prezident olmaqdan imtina etdi” başlıqları ilə spam yayırlar.
Hal-hazırda əhalinin yenidən siyahıya alınması işi üzrə Dövlət Statistika Komitəsində gərgin iş gedir. Bəs görəsən bu işdə İKT-dən nə dərəcədə istifadə olunacaq? Bu haqda suallarımızı Dövlət Statistika Komitəsinin rəhbəri Ziyad Abbasəliyev cavablandırdı.
Qlobal Şəbəkənin təhlili ilə məşğul olan Netcraft analitik şirkəti saytların sayı barədə yanvar hesabatını təqdim edib. Şirkət qeyd edir ki, 1994-cü ildən saytların sayı barədə aylıq qeydiyyat aparır və son 15 il ərzində şəbəkədə saytların sayının durmadan artması müşahidə olunur.
Yaxın 12 ayda texnoloji şirkətlərin 84 faizi data-mərkəzlərin transformasiyasını (DMT) planlaşdırır. Bu tədbir xərclərin və kommersiya risklərinin azalmasına yardım etməlidir.
Philips şirkəti bugünkü gün üçün nadir olan maye-kristal Philips Cinema televizorunu təqdim etdi. 21:9 formatından istifadə təsvirin keyfiyyətini maksimal olaraq kinomatoqrafiyaya yaxınlaşdırmaq imkanı verir.
Televiziyalarda yayımlanan xarici klip və mahnılar, habelə, sənədli filmlər də “Dövlət dilindən istifadənin daha da təkmilləşməsi sahəsində teleradio yayımçılarının vəzifələri haqqında” qərarın tələblərinə uyğunlaşdırılmalıdır.
Yeni Zellandiyada bir mağazaya girərək içəridəki 12 min dolları oğurlayan şəxsiyyəti naməlum oğru, Facebook sosial şəbəkələşmə saytı sayəsində ələ keçirilib.
İranın “Səhər” kanalının Azərbaycan ərazisində yayımlanması məhdudlaşdırılacaq.
Bu qərara Harvard universtetinin alimləri gəliblər. Іnternet Safety Technіcal Task Force komisiyasının nəzdində işləyən Harvard alimləri hesab edirlər ki, internet xüsusi olaraq uşaqların psixikasına elə də çox pis təsir etmir.
Barak OBama öz həqiqi postuna əyləşməyib, amma onun adını daşıyan telefonlar ictimaiyyətə təqdim olunub. Telefonun ilk satışı Obamanın vətəni olan Keniyada aparılır.
Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunda avtomobillərin müəyyən olunan əraziyə giriş-çıxışının təmini və qeydiyyatının aparılması üçün dövlət nömrə nişanlarını kompüter tanıma sistemi hazırlanıb.
Dilmanc maşın tərcüməsinin Azərbaycan sisteminin yaradıcı qrupunun «Set of active suffix chains and its role in development of the MT system for Azerbaijani» (“Aktiv suffikslərin toplanması və onların Azərbaycanda maşın tərcüməsi sisteminin inkişafında rolu”) mövzusunda apardığı elmi-tədqiqat işi Amerikanın nüfuzlu elektron kitabxanasına - Institute of Electrical and Electronic Engineers (IEEE) daxil edilib.
Azərbaycan Respublikası üzrə bankomatların sayı 1500 ədəd olub. Milli Bankın Mətbuat xidməti bildirir ki, ötən ilin müvafiq dövründə bu göstərici 1298 ədəd olub.