ABŞ-ın Kaliforniya ştatında 13 yaşında bir qız mobil telefonundan 1 ayda 14528 mesaj göndərib. Ayın sonunda evə 440 səhifəlik ödəmə qəbzi gəlib
İndi eyni tariflə 100kB yox, 300 kB ölçülü MMS göndərmək olar.
Təhsil Nazirliyinin dəstəyi ilə “Microsoft Azərbaycan” şirkəti Azərbaycanda “İnnovativ müəllimlər” müsabiqəsini təşkil edir.
“Nar Mobile”ın xaricdə növbəti tərəfdaşları Şri-Lanka (operator Mobitel/Sri Lanka), Serbiya və Monteneqro (operator Telekom Srbija), Gürcüstan (operator Mobitel Beeline) oldu.
LG Display və Apple şirkəti maye-kristal panellər üçün beşillik müqavilə bağlayıb. Yanvarın sonunadək Apple LG Display-ə avans ödənişi etməlidir. LG Display-in sənədlərindən məlumdur ki, Apple-ın avans ödənişi yarım milyard dollardır.
Bu ilin yazına kimi Avropada böyük həcmdə enerji sərf edən, geniş yayılmış plazma televizorlarının istehsalı və satışı qadağan oluna bilər.
Fransa höküməti 12 yaşdan aşağı uşaqlar üçün mobil telefon reklamları qadağa qoymaq haqda qanuna baxır.
Son vaxtlar internetdə reklamların əhəmiyəti və payı sürətlə artmaqdadır. Başqa sahələrdə məsələn, qəzetlər, xüsusilə küçələrdə isə reklamın azalması gözlənilir. Əksinə internet reklamlarının həcminin isə yaxın 2 il ərzində kəskin artması gözlənilir.
Toshiba və Hitachi şirkətləri CES 2009 elektronika sərgisində jestlərlə idarə olunun televizorlar təqdim ediblər.
Məhsulun satışa çıxarılacağı vaxt və eləcə də qiyməti hələ ki məlum olmasa da göstəriciləri məlumdur.
Intelin yeni çipləri qalınlığı 25 mm-dən çox olmayan noutbuklarda quraşdırılacaq.
Mütəxəssislər bildirir ki, Azərbaycanda veb-saytların yaradılmasını daha çox şirkətlər, müxtəlif müəssisələr sifariş edirlər. İnternet səhifələr mürəkkəbliyinə və deməli qiymətlərinəgörə, bir-birindən fərqlənir.
Palm Pre 3,1 düymlük sensor ekranla və tərpənən qwerty-klaviatura ilə təchiz olunub. Yaddaş həcmi 8 GB, kamerası 3,2 meqapikseldir.
Kərim Məsimov baş nazirdir. Qardaş Qazaxıstan Respublikasının baş naziri. Açığı onun necə baş nazir olması, hansı özəllikləri ilə ad çıxarması haqqında heç düşünməmişdim.
Yanvarın 13-də Bakıda Azərbaycan-Estoniya İKT forumu keçiriləcək. Azərbaycandan 60-dək, Estoniyadan isə 20-dək şirkət və təşkilat iştirak edəcək forumun məqsədi iqtisadi sahədə ölkələrarası əlaqələrin genişləndirilməsi, ölkələrin İKT sahəsindəki inkişaf vəziyyəti barədə məlumat mübadiləsinin aparılması və birgə əməkdaşlıq istiqamətləri və layihələrinin müzakirə edilməsidir.