Microsoft şirkətinin icraçı direktoru Stiv Balmer bu gün Avstraliyaya səfəri zamanı, Yahoo! şirkətini tam və ya bir hissəsinin alınmasına dair danışıqların yeni mərhələsinin başlanılması haqqında bütün söhbətləri təkzib edib.
Sürətli internet abunəçiləri eyni məbləğ ödəməklə daha yüksək keyfiyyətə malik xidmət alırlar. Internetə qoşulmanın qiyməti sürətlə düşür, sürət isə artır.
Windows 7 fırtınası sürətlə inkişaf edərkən, köhnə dostumuz Windows 3-dən kədərli bir xəbər gəldi: Windows 3 Noyabr ayı başında rəsmi olaraq öldü! :-(
Adobe, yaxın günlərdə Acrobat və Reader 8 proqramları üçün bir yeniləşdirmə paketini təqdim etdi. Bu paket, e-poçtlara göndərilən və PDF fayllarının açılmasıyla ortaya çıxan haker hədəsini ortadan qaldırır.
Oktyabr ayının brauzer və əməliyyat sistemi istifadə nisbətləri açıqlandı. Ayın ulduzu isə Firefox oldu.
Dünyanın ən böyük təhlükəsizlik proqramı firması Symantec, 2008-in ikinci dörddəbirində qazancını üç dəfə artırdı. ABŞ mənşəli firma bu müddət ərzində 140 milyon dollarlıq qazanc əldə etdiyini açıqlayıb.
İntel şirkəti Menlow platformasını 2009-cu ilin martında mobil internet qurğular üçün Moorestown platformasını buraxmamışdan əvvəl təqdim etmək istəyir. Bu haqda Digitimes MİD-lə (Mobile Internet Devices) məşğul olan şirkət mənbələrinə istinadən xəbər verir.
Facebook-un əməliyyat direktoru Şeril Sandberqin bildirdiyinə görə, oktyabr ayının sonunda Facebook-da qeydiyyatdan keçən istifadəçilərin sayı 120 mln. nəfərə çatıb.
Microsoftun araşdırmalarına görə Vista əməliyyat sistemi XP-yə nisbətən daha təhlükəsizdir. Əgər haker hücumlarına məruz qalan, Windows XP-də çalışan kompüterlərin 42%-də ƏS-in boşluqlarından istifadə olunursa, Vistada bu göstərici 6%-dir.
Consumer Reports şirkəti ən yaxşı onlayn internet-mağaza üzrə sorğunun nəticələrini açıqladı. 2008-ci ildə ən yaxşı onlayn-mağaza Amazon.com, B&H (bhphotovideo.com) və Crutchfield.com oldu.
“Çayna Post” qəzeti xəbər verir ki, Tayvan Milli Universitetinin alimləri Wi-Fi ilə işləyən qurğulardan 100 dəfə sürətli olan yüksəksürətli simsiz məlumat ötürücüsü hazırlayıblar.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhalinin kompüterlə təminatını artırmağı nəzərdə tutan «Xalq kompüteri» layihəsini rəy bildirmələri məqsədilə işçi qrupunun üzvlərinə göndərib.
Freescale Semiconductor və Samsung Electronics təmsilçiləri LED texnologiyaları ilə iş üzrə əməkdaşlıqları haqda elan veriblər. Freescale-in vitse-prezidenti vurğulayıb ki, Samsung-la əməkdaşlıq maye-kristal yeniliklər bazarında inkişafa səbəb olacaq.
İnsan beyninə nəzarət edən və davranışları dəyişdirə bilən xüsusi bir cihaz icad olunub. Cihaz, çox yaxında insan beynini nəzarət etmək üçün istifadə edilə bilər.