Google şirkəti yeni “Google saytları” xidməti təqdim edib. Xidmətin məqsədi istifadəçilərin informasiyalarla bölüşdüyü yeganə internet məkanını təşkil etməkdir. “Google saytları” köməyi ilə intranet şəbəkəsinə xidmət edən veb-səhifələr yaratmaq olar.
Bu gün Microsoft şirkəti öz bloqunda bəyan edib ki, işçilər Microsoft Office proqramı üçün paketin yenilənməsi üzərində işləyirlər. Office SP2 proqramının buraxılışı 2009-cu ilin fevral-aprel aylarında olmalıdır.
Onlayn-radio dinləmək və musiqi yazmaq imkanı yaradan pulsuz proqram yenilənib. Screamer Radio 0.4.3 proqramında artıq radio-stansiyalar siyahısı tərtib olunub.
Sony yeni xidmət təqdim edəcək ki, onun sayəsində müştərilər noutbuk alarkən ən yaxşı konfiqurasiyanı sərbəst seçə biləcəklər. VAIO leptopunun TT, Z və CS seriyalarını əldə edərək, VAIO by you saytının istifadəçiləri istədikləri prosessor modelini, sərt diski, optik ötürücünü, videokartları, operativ yaddaş həcmini və zəmanət şərtlərini sifariş verə bilərlər.
“Open Handset Alliance Project” işçilər konsorsiumu “Google Android” əməliyyat sistemi əsasında olan yeni G1 smartfonları ilə yanaşı, telefon üçün proqram təminatı dəsti ilə internet resursu buraxdı. Ilin sonuna kimi əlavələr istifadəçilərə pulsuz təqdim olunacaq.
Informasiya təhlükəsizliyi üzrə Isveçrə mütəxxəssisləri klaviaturanın düymələri ilə elektormaqnit siqnallarını analiz edən qurğu işləyiblər. Həmin qurğu ilə kompüter istifadəçisinin nə yazdığını müəyyən etmək olur.
Vnunet xəbər verir ki, Microsoft korporasiyası 21 oktyabr gününü beynəlxalq piratlıqla mübarizə günü kimi elan eməklə yanaşı 49 ölkədə müəllif hüquqlarının müdafiəsinə aid bir neçə layihə təqdim edib.
Bill Geyts bgC3 adlanan yeni texnologiya şirkəti yaradıb. Hələlik onun nə ilə məşğul olacağı haqda müxtəlif fərziyyələr var. Əksəriyyət belə düşünür ki, bgC3 “böyük ideyalar” verən şirkət olacaq ki, onların köməyilə texnologiya sənayesi dəyişəcək.
Bu günlərdə Toshiba yapon şirkəti tərəfindən yeni Qosmio X305 noutbuku təqdim olunub. Noutbuk stolüstü kompüterlərlə rəqabət aparma gücünə malikdir.
İlk dəfə kütləvi istifadəyə verilmiş Motorola DynaTAC 8000X mobil telefonun 25 yaşı tamam olub. 1983-cü ilin oktyabr ayında bu telefondan ilk zəng edilib.
Kembric Universitetinin alimləri gündəlik qəzetlərin toplanması üzrə elektron qurğu icad ediblər. Məqsəd qəzetlərin çapı üçün istifadə olunan və bizim özümüzlə daşımalı olduğumuz kağıza qənaət etməkdir.
Dünyanın maliyyə böhranının qızğın çağında, varlıların kapitallarını itirdikləri bir dövrdə, Motorola rəsmi olaraq yeni telefon təqdim etdir. Yeni telefon - Aura nə az, nə çox 2000$ təşkil edir.
Adobe şirkəti yenilənmiş Photoshop Lightroom və Photoshop Camera Raw plug-in proqramlarını təqdim edib. Bu proqramlar Nikon D90, Nikon D700, Canon EOS 50D və Canon EOS 1000D kimi 15 rəqəmli fotoaparatla işi dəstəkləyir.
Siz heç kompüterin maksimal dərəcədə kiçik olması haqda düşünmüsünüz? Bu suala fit-PC slim qurğusunu yaradanlar cavab veriblər. fit-PC slim 4,3 х 3,9 х 1,2 düym ölçülərlə diqqəti cəlb edir və dünyada ən kiçik personal kompüter hesab olunur.