Norton Internet Security aşağıdakı funksiyaları yerinə yetirir: - Casus proqramlar,virus və reklamları aşkar edib bağlayır.
Mitsubishi Electric şirkəti 20,1 düymlük LCD displeyli, USB vasitəsilə bir neçə displey qoşmaq imkanı olan DisplayLink texnologiyası ilə təchiz olunmuş RDT201WDL məhsulunun satışı haqda elan verdi.
S3 Graphics şirkəti yeni Chrome 400 ULP mobil videokartları təqdim etdi. Onların ən maraqlı xüsusiyyəti enerji effektinin məhsuldarlıq üçün lazımi səviyyədə olmasıdır. Yeni məhsullar Chrome 430 ULP, Chrome 435 ULP və Chrome 440 ULP videokartları olacaq.
Operatorun abunəçiləri balanslarındakı konturların danışmadıqları halda azaldığını iddia edirlər. Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkətinin abunəçiləri operatorun fəaliyyətindəki qüsurlardan şikayətlənirlər.
Dizayner Fredrik Perman noutbuk və kompüterlər üçün miniatür gül şəklində plastik ətirli USB hazırlayıb. Onun iş prinsipi belədir: qurğu ətirli yağlarla doldurulur, sonra kompüterə birləşdirilir.
Samsung i7110 monoblok form faktoru ilə, Symbian S60 əməliyyat sistemi ilə işləyir. Smartfon 262 min rəng əks etdirən QVGA AMOLED displeyə malikdir. Telefonda OLED işığı ilə beş meqapikselli kamera quraşdırılıb.
Almaniyanın kommunikasiya texnikası və audio cihazlar istehsal edən şirkətlərindən biri zəif eşidənlər və karlar üçün mobil telefon icad etmişdir.
ASUS, ATİ qrafikası ilə 15,4 düymlük noutbuk təqdim edir. Noutbuk xoş görünüşə, tələbə üçün vacib olan yaxşı funksionallığa və səmərəliliyə malikdir. Korpus parlaq, keyfiyyət yüksəkdir. Ekranı gözəl rənglər, yüngül işıqlanma ilə təmin olunub. Hər istifadəçi işıqlanmanı öz istəyi ilə seçə bilər. Bunun üçün bir neçə rejim və xüsusi düymə ayrılıb.
iPhone 2.2 versiyasına yeni funksiyalar əlavə olunub. Bu versiyada bir çox səhvlər düzəldilib və təkmilləşdirilmələr aparılıb. Birinci yenilik - Google Maps funksionallığının genişlənməsidir.
Verilən məlumatlara görə Sony şirkəti “PlayStation 4”-ü yaratmaqla satış bazarında liderliyi ələ almaq istəyir.
“RealNetworks” şirkəti Hollivudun ən məşhur studiyaları tərəfindən məhkəməyə verilib.
Hər dəfə poçtu yoxlayanda istəmədiyiniz spamları görməkdən bezmisinizsə, sizə USB webmail notifier kömək edəcək. Maraqlı və xeyirli məhsula diqqət yetirməyə dəyər. Qurğu üz tərəfində rəmzi zərf təsvirli kiçik plastik qutu şəklində təqdim edilir.
LITE-ON təmsilçiləri yeni daxili Blu-Ray Combo ötürücüsü buraxmağa hazırlaşırlar. Kod adı iHES206 olan ötürücü SATA interfeysinə malikdir, 6x sürətli BD-R/RE/ROM disklərini oxuya bilir və 8x-də DVD ± R, 16x-də DVD ± R DL və DVD + RW, 6x-də DVD-RW, 12x-də DVD-RAM yazmaq imkanına malikdir.
CEATEC 2008 sərgisində Sharp qeyri-adi məhsul təqdim edib. Daha doğrusu məhsulun qidalanma növünü nümayiş etdirib. Tanınmış 52” enerji effektli, maye-kristallı panelini indiyədək günəş batareyaları ilə qidalandırmaq heç kimin ağlına gəlməmişdi.
İ.Məmmədovun sözlərinə görə, cari ilin əvvəlindən indiyədək Qəbələ, Ucar və digər rayon və şəhərlərdə optik kabelin çəkilməsi başa çatdırılıb.