Apple şirkətinin səhmlərinin qiyməti bu həftə son ilin göstəricilərinə görə ən aşağı qiymətə düşüb. Kağızların dəyəri əvvəlkilərlə 100 dollar fərq edir. Keçən il ərzində Apple səhmlərinin qiymətinə personal kompüterlər və iPod pleyerləri yaxşı təsir göstərirdi.
“Qırmızı xaç” təşkilatının Britaniya bölməsi internetdə “Ümid izləri” adlı elektron oyun hazırlayıb. Oyun, onun yaradıcılarının fikrinə görə, müharibə qurbanlarının dünyada baş verən hadisələrin daha dərindən dərk etməsinə kömək etməlidir. Oyunçuya verilən tapşırığa görə, Uqandada itmiş oğlana anasını tapmağa kömək etmək lazımdır.
“Yahoo Messenger 9” istifadəyə verildi.Yeni versiya əvvəlkindən bir sıra üstünlükləri ilə fərqlənir.
Dünyanın ən məşhur markalarından biri olan Samsung yeni telefon modelini istifadəyə verməyə hazırlaşır.Sasmsung Pixon adlandırılan yeni model bir sıra funksiyalara malik olacaq.
Bu gün Sony Ericsson rəsmi olaraq X1 Xperia smartfonlarının satışına başlayıb. Smartfon 528 MHs tezlikli Qualcomm MSM7200 prosessoru ilə, 800 x 480 sensor displeylə, AGPS, WLAN, USB, Bluetooth və QWERTY klaviaturası ilə təchiz olunub.
Advanced Micro Devices alman şirkəti stolüstü kompüterlər üçün nəzərdə tutulmuş enerji cəhətdən effektiv olan Phenom prosessorlarını təkmilləşdirməyi planlaşdırır. Bu məhsulların növbəti silsiləsi gələn ilin ortalarında işıq üzü görəcək.
Samsung şirkəti ikinci 8 meqapiksel kameralı mobil telefonunu təqdim etdi. Pixon adlı yeni telefon sensor idarəetmə ilə işləyir. Satışa oktyabrda çıxarılacağı gözlənilir. Onu ilk əldə edənlər Fransa sakinləri olacaq. Bu haqda Samsung-un pres-relizində məlumat verilir.
SimpleTech bir və iki diskli daşıyıcılar hazırlayır. Bunlar Pro Drive və Duo Pro Drive daşıyıcılarıdır. Şirkət Seagate şirkətinin 3,5 düymlük Barracuda 7200.11 sərt disklərini istifadə edir.
Onlayn video yayımına cavabdeh olan Adobe Flash Media Streaming Server xidmətinin zəifliyi istifadəçilərə Video On Demand xidmətindən pulsuz video yükləmək imkanı verir. Istifadəçilər ştat rejimində yaxın sutkalara dörd dollar ödəyərək film və ya verilişin ilk iki dəqiqəsinə pulsuz baxa bilər.
İKT proqramı məktəbliləri savadlandırmaqdan çox, korrupsiyaya xidmət edir
Proqram çərçivəsində alınmış kompyuterlər az sayda digər markalı kompyuterlər (HP, LG, Samsunq markalı kompyuterlərə monitorinq zamanı çox az rast gəlinib və onlar əsasən Təhsil Nazirliyi tərəfindən alınmayan,
Amerika şirkəti Dell, ekran diaqonalı 23” olan mayekristallı monitorlar istehsal etməkdə davam edir. Bu sinifin yeni məhsulu Dell S2309W displeyidir. Xatırladaq ki, 23” monitor FullHD standartına uyğundur və onun sayəsində 1920х1080 pikselli yüksək keyfiyyətli təsvirə heç bir qara zolaq olmadan baxmaq olar.
Yapon şirkəti Buffalo sərt disklərin yeni - MiniStation Shinobi buraxılışını təqdim etdi. Onların fərqləndirici xüsusiyyəti yığcam ölçülərdə (86x56x5 mm) və az çəkidə (60 qr.) olmalarıdır. Bu nəticəyə nail olmaq üçün 1,8” ölçülü sərt disklərin konstruksiyasından istifadə edilib.
Motorola şirkəti simsiz əlaqə yaradan WiMAX standartının irəliləyişi və inkişafına həsr olunmuş ümumdünya konfransında yeni məhsul nümayiş etdirdi. Yeni Motorola X24 modeli avtomobildə quraşdırılmaq üçün nəzərdə tutulub.
Associated Press-in məlumatına görə, Massaçuets ştatının baş prokuroru Mart Koukli və Apple şirkəti iTunes onlayn xidmətindən korların istifadə etməsi üçün xüsusi proqram təminatı hazırlamaq haqda razılığa gəliblər. Görmə qabiliyyəti pozulmuş yeniyetmələr onlayn musiqi xidmətindən istifadə edərkən köməksiz ötüşə bilmirlər.