RİA “Novosti”nin məlumatına görə, İllinoys ştat universitetinin mütəxxəssisləri insanın yaşını müəyyənləşdirən kompüter proqramı hazırlayıblar. Insan orqanizminin qocalması bir sıra amillərdən – genetik xüsusiyyətlərdən, sağlamlıqdan və həyat şəraitindən asılıdır. Ona görə də yaşın dəqiq müəyyən olunması o qədər də asan iş deyil.
Veeam Software şirkəti nworks yeni Enterprise Management Connectors 4.0 proqram təminatını təqdim etdi. Bu məhsul nworks şirkətinin əldə edilməsi nəticəsində “irsi olaraq” Veeam-a keçmişdir.
Elektron avadanlıqların istehsalı ilə məşğul olan Kür zavodu bu ilin sonunadək avtomobillər üçün AutoPC- kompüterləri istehsal etməyi planlaşdırır. Turan agentliyinin verdiyi məlumata görə bu kompüterlər zavodda 12 vatt gərginliyi ilə işləyəcəklər.
Nazirlər Kabineti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində yüksək texnologiyalar sahəsində Tədqiqat Mərkəzinin yaradılması haqqında № 228 saylı qərar qəbul edib.
Наверное, многим знакома такая ситуация, когда подключаешься к Интернету и, хотя счетчик показывает вполне приемлемые цифры, работать толком не можешь, или же поиск во Всемирной паутине чересчур затруднен.
Son Firefox 3.0.2 versiyasında UTF-8-dən fərqli olaraq istifadəçilərin kodlaşdırılmış parollara çıxışını bağlayan səhv tapılıb. 3.0.2 versiyasını yükləyənlər yaddaşda saxlanmış parollarla işləyə bilmir və yeni parolları brauzerdə yaddaşa verə bilmirlər.
RV730 prosesorları əsasında olan AMD/ATI qrafik adapterlərinin buraxılışından iki həftə keçdikdən sonra artıq satışa verilib. Bunlar MSİ kartlarıdır ki, referens tezliyilə işləyir və hazırda 60 avro qiymətindədir.
ABI Research şirkətinin analitikləri, ümumdünya şəbəkəsi üçün işləyən mobil internet-qurğularının (MID) – kompüterlər satışının artımını proqnozlaşdırır. Onların söylədiklərinə görə, hazırda ultramobil kompüterlər (UMD) sahəsində 90% satışı netbuklar təşkil edir.
Anonim mənbələrin məlumatına görə, Core i7 adını almış Bloomfield nüvəsi üzərindəki İntel Nehalem prosessorları 10-14 noyabr tarixlərində satışa buraxılacaq. Yaponiyada isə satışa bir qədər tez başlanılacaq. Yaponlar Core i7 modelini noyabrın ilk günlərində əldə edə bilərlər.
Sony şirkəti dünyaya yardım və döş xərçəngi xəstəliyinə həsr olunmuş elmi araşdırmalara maliyyə dəstəyi etmək qərarına gəldi. Bu məqsədlə, yapon şirkəti xüsusi seriyalı iki noutbuk satışa buraxacaq. Çəhrayı rəngli yeni məhsullar çanta və mausla birlikdə satılacaq.
FSP şirkəti öz yeni məhsulunu - Traveler Power Bank mobil qurğuları üçün universal qidalanma blokunu təqdim etdi. Bu məhsulun köməkliyi ilə əksər noutbuk, portativ oyun qurğuları, mobil telefon və digər müasir modellər qidalana bilər. Bloka iki qurğunun birdən qoşulması mümkündür.
OpenPeak şirkəti sensorlu çərçivə ilə telefon kombinəsindən təşkil edilmiş OpenFrame-in “atom” versiyasını nümayiş etdirdi. Artıq bu qurğu rəsmi olaraq təsdiq edildi. OpenFrame özündə rəqəmli çərçivə və İP-telefon funksiyasını birləşdirən maraqlı modeldir.
Toshiba kiçik həcmli yeni sərt disk təqdim edib. Şirkət 1,8 düymlük form-faktorla daha əvvəl əldə etdiyi nailliyətləri geridə qoyaraq, dünya rekordunu təzələyir. 250GB MKxx29GSG adlı disk şpindelinin fırlanması dəqiqədə 5400 dövrdür.
Bu həftə Amerika şirkəti Dell 2010-cu ildə LED işıqlandırılması ilə təchiz olunmuş noutbuklar istehsal edəcəyini bəyan etdi. Bu bəyanat kompüter bazarı analitiklərinin fikri ilə ziddiyyət təşkil edir. Onların fikrincə, LED işıqlandırılmasına tam keçid yalnız 2012-ci ildə baş tuta bilər.
Palm şirkəti Palm OS II əməliyyat sisteminin buraxılışını çatdırmır. Palm OS sisteminin sonuncu versiyası beşinci versiyadır ki, bu da 5 il bundan əvvəl buraxılıb. Şirkət mütəxxəssisləri hesab edirlər ki, yeni versiya 2008-ci ilin sonunda işıq üzü görəcək, onun bazası əsasında olan qurğular - smartfonlar və kommunikatorlar isə 2009-cu ilin birinci yarısında istehsal olunacaq.