İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular
Cəmi 7600 nəticə tapildı!

MySpace musiqi xidməti açdı

25.09.2008 [19:16]

PC Magazinin məlumatına görə, bu gün MySpace sosial şəbəkəsi onlayn musiqi xidməti açıb. Kontent xidmət üçün EMI Music, Sony BMG, Universal Music Group, Sony/ATV Music Publishing səsyazma studiyalarını təqdim edir.

“Google”nin 10 yaşı tamam olur

25.09.2008 [23:24]

“Google” axtarış sistemi 10 yaşının tamam olması münasibətilə 10100 layihəsini həyata keçirir. Lent.az-ın “Computerworld”a istinadən verdiyi məlumata görə, bu rəqəm “quqol” adlanır. “Google” sistemi də həmin rəqəmin şərəfinə adlandırılıb.

Mozilla Firefox-u yeniləyib

25.09.2008 [11:54]

Mozilla Firefox 2 və 3 brauzerləri üçün yenilənmələr edib. Firefox 2 üçün 14, Firefox 3 üçün 11 düzəliş edilib. Yenilənmədən sonra istifadəçilərin kompüterində Firefox 3-ün yeni versiyası - 3.0.2, 2-ci üçün isə Firefox 2.0.0.17 versiyası təqdim ediləcək.

Əməliyyat sistemləri

25.09.2008 [14:39]

Əməliyyat sistemi kompüter resurslarını - mərkəzi prosessor, əməli və ya xarici yaddaş, xarici qurğu, proqram və s. idarə edən, tətbiqi proqramların işə salınmasını, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin, istifadəçi ilə kompüter arasındakı dialoqu təmin edən proqram vasitəsidir.

Üçölçülü Full HD ev kinoteatrı

24.09.2008 [17:25]

Panasonic dünyada ilk Full HD (yüksək keyfiyyətli, 1920x1080 pikselli təsvir) və 3D ekranlı ev kinoteatrı yaradıb. Yeni model məşhur 103 düymlük PDP və Blu-ray ötürücüsünü istifadə edir. Bu texnologiya, təsviri hər göz üçün Full HD imkanı ilə ayrıca yarada bilir.

Simens və Fujitsu ayrıla bilər.

24.09.2008 [22:03]

Alman qəzetlərinin biri “Siemens”in “Fujitsu Siemens”də olan payını satışa çıxaracağını iddia edir.Qəzetin yazdığına görə artıq namizədlər də var.

SanDisk Extreme IV CompactFlash – “İkiqat həcm və yüksək sürət”

24.09.2008 [11:40]

Bu başlıqla SanDisk şirkətinin Extreme IV seriyasının CompactFlash standartlı yeni fleş-yaddaş kartı buraxılıb. Əvvəlki kimi, Extreme IV seriyasından olan kart rəqəmsal fotoşəkillərin həvəskarları və peşəkarları üçün nəzərdə tutulub. Buna görə də kart təkmilləşdirilmiş xarakteristikaya malikdir.

Vaio TT – dünyada ən ultra-portativ noutbuk

24.09.2008 [13:07]

Bu noutbuk Blu-ray ötürücüsü ilə qurulmuş dünyada ən yüngül noutbukdur. Ağırlığı 1,3 kq, qalınlığı isə 2,5 sm-dir. Model XBRITE-DuraView texnologiyası ilə 11,1 düymlük, geniş formatlı maye-kristallı displeyə malikdir.

Brando Super Tiny klaviaturası ovuca yerləşir

24.09.2008 [19:14]

Honkonq onlayn mağazası alıcılara kiçik ölçülərdə klaviatura təqdim edir. Bu, hazırkı noutbuklarda istifadə olunan qurğuların analoqudur. Ölçüləri 170 x 73 x 15 mm, çəkisi 116 qramdır.

Mobil telefon açar funksiyası ilə

24.09.2008 [15:30]

Mobil telefonlar həyatımıza getdikcə daha çox daxil olmağa başlayır. Yapon mühəndislərinin fikrincə, onu, bəzi funksiyalar əlavə etməklə, özümüzə daha da yaxın edə bilərik. Yəgin ki, avtomobil sahibləri telefonlarının həm də maşın açarı kimi istifadə olunmasını nə vaxtsa arzulayıblar. Artıq onların bu arzuları yaxın günlərdə həyata keçəcək. Lakin hələlik bu, yalnız Yaponiyada mümkün olacaq.

AMD 12 nüvəli prosessorlar hazırlayır

24.09.2008 [16:40]

AMD şirkəti 2010-cu ilə 12 nüvəli prosessorlar istehsal etmək niyyətindədir. Bunlar yeni Maranello platformasının bir hissəsi kimi Magny-Cours prosessorları olacaq.

Apple şirkəti adapterlərini satışdan geri yığmağa məcbur olub

23.09.2008 [12:28]

Apple şirkəti iPhone 3G telefonlarının qidalanma qurğularının böyük qismini geri yığmağa məcbur olub. Onlar elə elektrik şəbəkəsində olarkən sıradan çıxırlar. Apple bəyan edib ki, Apple USB ultrayığcam adapterlərinin metallik dişləri sınıb elektrik qovşağında qala bilər, bu da qısaqapanmaya və elektrik keçirməyə səbəb ola bilər.

Azərbaycan məktəbi üç yüz məktəb arasında ikinci oldu

23.09.2008 [14:57]

2008-ci ilin fevral ayından etibarən Azərbaycanda ilk dəfə olaraq “İntel “ və “Trans Telekom” (Rusiya) şirkətlərinin təşəbbüsü ilə letopisi.ru internet–təhsil layihəsi həyata keçirilir. Bu təhsil layihəsi internetdə ingilis, alman, fransız, ukrayna, qazax, rus və azərbaycan dillərində aparılır.

Microsoft yeni Windows HPC Server 2008 sistemi təqdim edir

23.09.2008 [16:56]

Microsoft şirkəti Windows High Performance Computing Server 2008 əməliyyat sisteminin final versiyasının tezliklə işıq üzü görəcəyini xəbər verdi. Sistem müasir yüksəksürətli platformalar üçün nəzərdə tutulub. Windows HPC Server 2008 sisteminin əsasında Windows Server 2008-in yaradılmasında istifadə olunan texnologiyalar durur.

MultiSet 6.2 avtomatik quraşdırıcısı yenilənib

23.09.2008 [17:18]

MultiSet proqramının yüklənmiş disklərin Windows və digər proqramlarla avtomatik yaradılması üçün yeni Almeza MultiSet 6.2 versiyası çıxıb. Proqramın köməyi ilə istənilən informasiya daşıyıcısından (CD/DVD/Flash/Hard Drive) proqramların avtomatik quraşdırılması üçün müstəqil, universal disk yaratmaq olar.

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar