Yahoo daha da inkişaf etmək və güclənmək məqsədilə keçən həftə Kaliforniyadakı Sannivalda 300-ə yaxın hakeri bir yerə yığıb.
Walt Disney qanunsuz fayl mübadiləsi aparan internet istifadəçilərinin cazalandırılmasını istəyir.Şirkətin yüksək vəzifəli rəsmisi provayderlərdən qanunsuz fayl transferi edən istifadəçilərə qadağa qoyulmasını vacib sayır.
Sony Ericsson şirkətinin qeyri-rəsmi bloqundakı məlumata görə, şəkilləri internetdə erkən yayılan W707 Alicia modeli satışa çıxmayacaq. Bunun səbəbi, onun xarici görünüş və xarakteristika baxımından W980i modelinə çox bənzəməsidir.
Toshiba şirkəti ilk Satellite NB105 netbukunu istehsal etməyə hazırlaşır. Netbuk cari ilin noyabrında təqdim ediləcək. Internetdə yayılan məlumatlara görə, netbuk gümüşü-qara rənglidir, 1,6 GHs tezlikli İntel Atom prosessoru, pikseldə 1024 x 600 ölçülərlə 8,9 düymlük displeyə malikdir.
Microsoft, Kanada şirkəti, BlackBerry kommunikatorlarının istehsalçısı Research In Motion (RIM) ilə əməkdaşlığı genişləndirdiyini bəyan etdi. Belə ki, istifadəçilər BlackBerry smartfonlarının brauzerlərindən Microsoft Live Search axtarış sisteminə daxil ola biləcəklər. Smartfon sahibləri həm internetdə, həm də olduğu məkanla bağlı yerli axtarış verə bilərlər.
Bu Qanun biometrik informasiya ehtiyatlarının formalaşdırılmasını və onlara dair tələbləri, biometrik identifikasiya sisteminin fəaliyyətinin təşkili və təyinatını, biometrik texnologiyaların tətbiqi sahələrini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
ABŞ-ın bəzi təyyarə şirkətləri internet xidməti verilən təyyarələrdə erotik saytlara girişi qadağan etməyə çalışır.Hazırda 12.95 dollara internet xidməti təklif edən şirkətlər gələn şikayətlərə əsasən erotik saytlara girişi qadağan edən sistemi işə salmağa hazırlaşır.
IDG News-un məlumatına görə, İBM (India Research Laboratory) yazıb oxuya bilməyən, eləcə də İnternetə çıxışı olamayan istifadəçilər üçün Spoken Web layihəsi çərçivəsində səsli şəbəkə yaratmaq fikrindədir. Spoken Web-in əsasında telefon şəbəkəsində veb analoqunu yaradan VoiceXML və HSTP texnologiayları durur.
Mozilla, xüsusi rejim funksiyasını Firefox 3.1-in ilk beta versiyasında tətbiq etməyə hazırlaşır. Bu rejim daha əvvəl Google Chrome və İnternet Explorer 8-in ikinci beta versiyasında da həyata keçirilmişdi.
Yahoo şirkəti Apple, Amazon kimi xidmətlərdə olan musiqilər və onların müəllifləri haqqında informasiya daşıyan Yahoo Music saytını açacağını elan etdi.
Call of Duty oyununun həvəskarlarının intizarına son qoyuldu.Belə ki, World at War adlanan 5-ci hissə ilk öncə Şimali Amerikada təqdim olunacaq və 11 noyabrdan etibarən mağazalarda satılacaq.
Apple və Softbank şirkətləri ilk iki ayda nəzərdə tutulanın cəmi 20%-i qədər iPhone 3G sata biliblər.Mütəxəssislərin sözlərinə görə iPhonelər yapon bazarı üçün lazımi qədər yaxşı hazırlanmayıb.
Crea, istifadəçilərə görüntü keyfiyyətini azaltmadan enerjidə qənaət edən Eco TV-ni təqdim edir. Türkiyənin elektron istehsalçılarından crea, Piano Black dizaynlı yeni Eco TV-lərilə diqqət mərkəzindədir.
Voodoo Extreme avqustun 24-dən 30-na qədər ABŞ-da ən çox satılan kompüter oyunların siyahısını açıqladı. Nəticələr gözlənildiyi kimi oldu. Birinci yerdə The Sims 2, ikinci yerdə MMORPG World Of Warcraft oyunu oldu.
WinZip-ə əlavə olunan WinZip Command Line Support Add-On 3.0 versiyası komanda sətri ilə işləməyə və BAT-fayllardan istifadəyə imkan verir. Yeni versiya WinZip Standard və Pro-nun bütün istifadəçiləri üçün pulsuzdur.