Britaniyanın mobil rabitə opertaoru Vodafone Dell İnspiron Mini 9 noutbuklarını Avropa bazarında satışa çıxaracaq.Bu barədə operatorun rəsmi saytında məlumat verilir.
Yeni Zellandiyalı Ceremi, İmon və Daren Doherti naqilsiz Svarovski mausu hazırlayıblar.Mausun dizaynı ilə yanaşı üzərindəki kristal da diqqəti cəlb edir.
Çərçivələrin köməyi ilə təsvirlərin tərtibatı üçün yeni proqram versiyası çıxıb. Photo Frames PRO proqramı 150 növ müxtəlif çərçivələr buraxıb ki, onlara hər ölçüdə şəkil yerləşdirilməsi mümkün olan estetik, güllərlə əhatələnmiş, vektorial və s. formalarda çərçivələr daxildir. Bundan əlavə, uşaqlara aid olan çərçivələrdə böyük seçim var.
Internet ixtiraçısı Tim Berners Li yaxın günlərdə verdiyi müsahibədə İnternet Explorer-də olan bir qüsuru təəsüflə qeyd etdi. Tim hansı brauzerə üstünlük verdiyi haqda açıqlama gətirməsə də, İnternet Explorer-in digər müasir sələflərindən geridə qaldığını söylədi.
HDR-təsvirlərin yaradılması üçün Dynamic-PHOTO HDR 3.42 proqramının yeni versiyası təqdim edilib. Proqram, müxtəlif rəqəmsal kameralardan alınan HDR, RAW formatlı fayllarla işləyir.
AMD-nin digər həmkarları kimi Club 3D şirkəti də yeni model istehsal etdi. 55-nm texnologiyası əsasında qurulan ATI Radeon HD 4670 RV730 XT çipi ilə yeni qrafik adapterini məhsullarına əlavə etdi. Club 3D HD 4670 512MB GDDR3 modeli dairəvi qara radiator, fəal hava soyuducusu və mərkəzdən ventilyatorla təchiz olunub. Sürətləndirici 512 Mb həcmdə GDDR3 yaddaşla, 1746 MHs tezlikli 128 bit-lik interfeysə malikdir.
Youtube terror “reklam”ı olan videoları yığışdırır ABŞ-ın Konnektikut əyalətinin senatoru jozef Libermanın müraciətinə əsasən Google rəsmiləri Youtube saytında olan terror xarakterli videoların istifadəsinin dayandırılması barədə qərar qəbul edib.
Apple şirkəti “iTunes”in yeni versiyasını, eləcə də iPod Classic, Nano və Touch pleyerlərinin yeni modellərini təqdim etdi.Onlar maraqlı olublar, lakin böyük dəyişikliklər edilməyib.
İnternet vasitəsilə xərçəngə qarşı kompaniyaya yardım məqsədilə aparılan auksion həm də qalibi məşhur edəcək. İron Man fanatısınızsa, xərçəngə qarşı mübarizə aparmaq istəyirsinizsə və üstəlik çox pulunuz varsa “İron Man 2”nin bir epizodunda iştirak etmək hüququ qazana bilərsiniz.
Açıq mənbəli yazışmaları və əməliyyatları mobil cihazlarda tətbiq edə bilmək üçün Opera “Symbian”a qatıldı.Lakin siyahı bununla bitmir.
Kaliforniyada bir qarajda legodan kassasında işləyən bir təqdimatçıdan başlayan Google macərası iki gün qabaq 10 yaşına girdi...
Lenta.ru-nun məlumatına görə, Havay universitetinin doktoru Con Lerndin başçılığı altında astronomlar qrupu potensial qalaktika interneti sxemini təqdim edib. Tədiqatçıların fikrincə, bəzi texnologiyaların köməyi ilə Sefeid sinifi ulduzlarının vasitəsilə informasiya siqnallarını ötürmək olar. Bu ulduzlar digərlərindən daimi əlvanlıqları ilə fərqlənirlər.
Səudiyyə Ərəbistanında ekstremist “Əl Qaidə” təşkilatının çatından istifadə edən beş nəfər həbs edilib. Reuters xəbər verir ki, yerli Daxili İşlər Nazirliyinin xəbərinə əsasən, adı çəkilməyən beş kişi “internetdə propaqandanın yanlış fikirlərinə sürüklənən yayımlara” görə tutulub.
Inkişaf etməkdə olan ölkələr başda olmaqla bütün dünyada gənclərə 80 dollara dizüstü kompüter paylanılacaq. Dünyada hər uşağa bir noutbuk kompaniyasının (OLPC) rəhbərlərindən olan ABŞ-dakı MİT Universitetinin professoru Nicolas Neqroponte Amazondakı ölkələrin də bu müqaviləni imzaladıqlarını və Amazondakı kompaniyanın noyabr ayının sonundan etibarən başlayacağını söyləyib.
Britaniyanın Kral kollecindəki həkimlərin illik yığıncağında bu fikrə gəliblər. Mütəxəssislər belə hesab edirlər ki, internetdə müxtəlif saytlarda çox vaxt keçirən uşaqlar ətraf aləmə münasibətdə “potensial təhlükə” ola bilərlər. Psixiatrların sözlərinə görə, veb resurslara fanatik həvəs insanı real həyatdan tamamilə təhrif edə bilər.