Kanada şirkəti olan Research In Motion (RİM) ilk qatlanıb açılan kommunikatorunu təqdim edib. Yeni model BlackBerry Pearl Flip 8220 adını alıb. Smartfon GSM/EDGE mobil şəbəkələrində istifadə olunmaq üçün nəzərdə tutulub. Telefonun sahibləri, Microsoft Word, Excel və PowerPoint fayllarının açılmasına kömək edən DataViz Documents to Go paketinin vasitəsilə korporativ xidmətlərə, elektron poçta və məktublaşma sisteminə daxil ola bilərlər. Digər smartfonlar kimi, Bluetooth, Wi-Fi-la da işləyir.
Analitik şirkət Gartner, dünya bazarında cari ilin ikinci rübü üzrə smartfon və kommunikatorların satışı hesabatını verdi. Bu müddət ərzində 32,2 milyon smartfon və kommunikator satılıb ki, bu da ötən ildən 15,7 % çoxdur. Bu da mobil telefonların ümumi gəlirinin 11 faizini təşkil edir.
Təqdim edilən yeni noutbuk Dynabook SS RX2 128 Gb-lıq ilk yığcam kompüterdir. Yeni model 12,1 düymlük displeyə malikdir. Az enerji sərf edən qurğuda 1,2 GHs və 10 Vt gücündə olan CPU Intel Core 2 Duo SU9300 prosessoru quraşdırılıb.
Xüsusi günlərdə logotipini dəyişdirən Google bu dəfə də “CERN”-nin qiyamət təcrübəsi üçün bu addımı atdı.
Hewlett-Packard şirkəti nyu-yorklu paltar dizayneri Viven Tamın da iştirakı ilə yaradılmış ilk dizayn noutbukunu təqdim etdi.
Ən yaxşı antivirus hansıdır.Bu barədə müxtəlif fikirlər söylənir, adlar çəkilir.Bəziləri Nortonu, digərləri Kasperkini və s göstərirlər.AV-Test.org adlı alman əsilli firma bu sahədə maraqlı tədqiqatlar aparıb.
HP şirkəti 24 saat işləyə bilən noutbuk hazılrayıb.Bu barədə məlumat verən şirkət rəsmiləri bunun üçün noutbukun yalnız texniki deyil, eyni zamanda proqram təminatının da dəyişdirildiyini bildiriblər.
Google rəsmisi Piter Fleyşerin sözlərinə görə konfidensiallığın qorunması məqsədilə şirkət bu tip informasiyaların saxlanma müddətini 18 aydan 9 aya endirir.
Röyters xəbər verir ki, Google şirkəti, HSBC Holdings bankı və Liberty Global provayderi, O3b Networks layihəsini dəstəkləyəcək. Layihənin məqsədi inkişaf etməkdə olan ölkələrin sakinlərinə internetə ucuz qoşulmağa kömək etməkdir. O3b Networks-un təmsilçiləri 2010-cu ilin sonuna orbitə 16 peyk buraxmaq nəzərdə tutublar.
Mitsubishi şirkəti 65 düymlük LaserVue LCD televizorlarının satışı barədə elan verdi. Bu, dünyada ilk lazerli televizordur. Qiyməti adi 65 düymlük LCD TV-lərlə demək olar ki eynidir, 6999 dollar məbləğində nəzərdə tutulub. Yeni TV ilk dəfə bu ilin yanvarında, CES (Consumer Electronics Association) konfransında təqdim olunub.
Amazon şirkəti Video on Demand adlı yeni onlayn videoxidmətin beta sınaqlarını başa çatdırıb. Adobe Flash texnologiyasının tətbiqi ilə yaradılan Amazon Video on Demand-a çıxışı Microsoft Windows və Apple Mac OS Х əməliyyat sistemlərinin istifadəçiləri əldə edə bilərlər. Hazırda servisin məlumat bazasında 40 min film və müxtəlif janrlı televiziya şouları toplanılıb.
Samsung-un hazırladığı yeni netbuklar haqda artıq məlumatlar yayılmağa başlayıb. Dəqiqliklə qeyd olunur ki, 10,2 düymlük 1024х600 nöqtəli ölçüdə displeyə malik model satışda cari ilin oktyabrında olacaq. Yerli bazarda onun qiyməti 600 min Koreya vonuna - təqribən 550 ABŞ dollarına bərabər olacaq.
RİA Novostinin məlumatına görə, Britaniya kriminalist-ekspertləri cinayətkarın simasının açıqlanmasını sms-mətnlərin qurulması özəlliklərindən asılı olaraq linqvistik analizlərlə təyin edəcəklər. Astonda Kriminalistik Linqvistika Mərkəzi nəzdində universitetin müdir müavini Tim Qrant söyləyib ki, sms təhlilin köməyi ilə artıq iki qatil tapılıb.
Almaniyanın informasiya təhlükəsizliyi bürosu (Federal Office for Information Security) istifadəçilərin “Google Chrome” brauzerinin yeni beta verisyasına ehtiyyatla yanaşmalı olduğunu bəyan edib.
Asus Windows Mobile sistemli yeni telefonunu təqdim edir. P552w markalı telefon GPS və Wi-Fi. Marvel 624Mhz CPU və 128MB RAM ile gücləndirilib. P552w HTC Touch Diamond modeline nisbətən böyük olsa da daha yüngüldür.