Apple şirkəti sentyabrın 9-da Let”s Rock adlı xüsusi tədbir keçirəcək. Keçən ay yeni məhsulların təqdim ediləcəyi barədə artıq şaiyələr yayılmışdı. Indi isə Apple yayılan məlumatları təsdiq etdi. Let”s Rock təqdimat mərasimində hansı məlumatların veriləcəyi hələ dəqiq bəlli deyil. Mütəxxəssislər belə fikirdədilər ki, prezentasiya musiqi qurğuları ilə bağlı olacaq.
Çin Elmlər Akademiyası nəzdində elektron-hesablayıcı maşınlar institutu və “Şuquan” informasiya texnologiyaları şirkəti yüksək sürətli kompüter icad edib. Kompüter saniyədə 100 trilyon əməliyyat həyata keçirmək imkanına malikdir.
Milli Çin Konqresi komitəsinin nümayəndəsinin verdiyi məlumata görə, dörd milyona yaxın çinli internetdən, xüsusilə də, “qeyri-sağlam” onlayn oyunlardan asılı vəziyyətə düşüb. Onun sözlərinə görə, demək olar ki, 10% istifadəçi internetdən asılılıqdan əziyyət çəkir.
Google şirkəti öz servislərinin xidməti altında yaratdığı Chrome brauzerinin beta-versiyasını buraxdı. Axtarış xidməti ilə bərabər Mozilla Firefox-un da işini maliyyələşdirən Google İnternet Exploreri sıxışdırmaqda davam edir. Bununla da, Google internet şirkəti Microsoft-la mübarizədə ikinci front açdı.
Motorola Renegade V950 telefonu 810F hərbi standartlarına uyğun gələn müdafiə korpusuna malikdir. Bu müdafiə, telefonu yüksəklikdən düşmədən, həmçinin içərisinə toz, qum daxil olmasından qoruyur.
Microsoft Skymarket adlı internet-mağaza açmaq niyyətindədir. TechRadar-ın yazdığına görə, burada Windows Mobile sisteminin istifadəçiləri üçün yükləmələr satılacaq. Microsoft Skymarket məhsullarını idarə etmək üçün menecer axtarır. Skymarket Windows Mobile 7 əməliyyat sistemi ilə birlikdə yüklənəcək. Istifadəçilər mağaza ilə 2008-ci ilin payızında tanış olacaqlar.
İntel korporasiyası əsası Londonda qoyulan Opened Hand şirkəti ilə müqavilə imzaladı. Opened Hand firması Linux əməliyyat sistemi və mobil qurğular üçün istifadə olunan serverlər əsasında ixtisaslaşdırılıb. İntel Open Source Technology Center-ə birləşdikdən sonra Opened Hand onun bölmələrindən biri olacaq və Linux əsasında portativ qurğular üçün proqram platformasının yaradılması ilə bağlı Moblin layihəsinin reallaşmasında birgə fəaliyyət göstərəcəklər.
\"Alman dalğası\" teleradio şirkəti Best Of Blogs-2008 – 5-ci beynəlxalq bloqlar müsabiqəsinin başlaması barədə elan edib. 31 avqust tarixindən etibarən dörd həftə ərzində layihənin saytında istifadəçilər bəyəndikləri bloqları 16 müsabiqə nominasiyası üzrə iştirak üçün təqdim edə bilərlər.
Yahoo! İnternet şirkəti özünün Mash sosial şəbəkəsinin fəaliyyətini dayandıracaq. Bu barədə şirkət tərəfindən bütün istifadəçilərə rəsmi bildiriş göndərilib. Yahoo!-nun məktubunda qeyd olunur ki, Mash sosial şəbəkəsi cari ilin 29 sentyabr tarixində bağlanacaq.
“Kasperskiy laboratoriyası” statistik məlumatlar, antivirus məhsulları şirkətlərinin 2009 versiyası əsasında formalaşan zərərli proqramların reytinqini açıqladı. Hesablamalara görə, keçən ay yoluxucu kompüterlərdə ən çox troyan proqramı - DNSChanger.ech. aşkarlanıb.
Fujitsu Siemens Computers şirkəti Intel Centrino 2 - AMILO Si 3655 platforması əsasında olan noutbuk təqdim etdi. Yeni noutbuk layiqli görkəm, yüksək sürətlilik və səmərəlilik axtaranlar üçündür. Nazik ağ-sədəf rəngli, 2,3 kq çəkisi olan noutbukunun BrilliantView ekranı yaxşı rəng ötürücüsü, yüksək keyfiyyətli təsvir və kontrasta malikdir.
Toshiba Berlində İFA sərgisində Kembric universiteti ilə birlikdə hazırladığı təkmilləşdirilmiş texnologiya təqdim etdi. Daha əvvəl Toshiba bu haqda məlumat vermişdi. Indi isə onun praktik istifadəsi göstərildi. Bu, əl jestləri ilə idarə olunan televizordur. Qurğu miniatür kameranın köməyi ilə tamaşaçıya “baxır” və tamaşaçının əl hərəkətlərini izləyir.
Google şirkəti Google Apps Premier Edition onlayn ofis dəsti kommersiya müştərilərinin könlünü ələ almağa çalışır. Google Apps şirkətinə xidmət edən aparatlara ziyan vuran üç qəzadan sonra, şirkət kommersiya müştərilərinə dəstdən istifadə üçün daha iki həftə əlavə vaxt verdi. Bundan başqa şirkət proqramın yeni versiyasını təqdim edəcəyini də söylədi. Bu sistem, istifadəçiləri servislə işləyən zaman yarana biləcək problemlərdən xəbərdar edəcək.
Bu, istehsalına və işlənməsinə görə mobil telefonların dünya üzrə lideri olan Nokia tərəfindən bir inqilabdır. Bu dəfə şirkət işçiləri mobil telefonu iyin, rəngin və temperaturun ötürülməsi üçün istifadə etməyi təklif etdilər. Yeni telefonda nanotexnologiyalarsız ötüşmək mümkün olmayıb.
İFA (Beynəlxal Sərgi Agentliyi) Berlində ənənəvi, 48-ci beynəlxalq sərgini təşkil edib. Orada 63 ölkədən 1250 firma iştirak edib. 29 avqustda açılan sərginin təşkilatçıları onu öz məhsullarının vitrini adlandırırlar. Almaniyanın paytaxt şəhərində keçirilən sərgidə dünyanın hər yerindən olan yeni elektron cihazlar təqdim olundu.