Logitech şirkəti gücləndirici ilə quraşdırılmış inteqral mobil musiqi pleyeri təqdim edib. Pleyeri ev şəbəkəsindən istifadə edərək işə saldıqdan sonra kompüterdə, internet-radiolarda, eləcə də Rhapsody, Last.FM, Slacker, Pandora və Sirius kimi abonent xidmətlərində olan istənilən musiqi kompozisiyalarını dinləmək olar. Squeezebox Boom pleyeri MP3, FLAC, WMA, WMA Lossless, AAC, Apple Lossless, WAV AIFF formatları ilə işləyir.
IDG News-un məlumatına görə, İntel şirkəti İntel Atom prosessoru əssında nettop adlanan ucuz kompüter hazırlayıb. Kompüter Hindistanın sifarişi ilə hazırlanıb və internetin populyarlaşması üçün nəzərdə tutulub. Qiyməti isə beş min hind rupisi – 115 dollar məbləğindədir.
Samsung şirkəti Eclipse seriyasından olan 17 düymlük R710 noutbuku təqdim edib. Hazırkı portativ kompüter bütün müasir texniki və konstruktiv tələblərə cavab verir. Əsas istehsalçı Intel Core 2 Duo prosessorları ilə Intel Centrino 2 (Montevina) yeni mobil plotformasıdır. Noutbukun detallarının və komponentlərinin çox hissəsi Samsung şirkəti tərəfindən istehsal olunub və yüksək keyfiyyətə zəmanət verir.
Sentyabrda Photoshop Express xidmətinin mobil telefonlar üçün ilk beta-versiyası təqdim olunacaq. Photoshop.com Mobile–ın ilk beta-testləri Motorola Q 9h, Q Music 9m, Samsung Blackjack I və II, eləcə də, Palm Treo 750w qurğularından biri ilə işləyən zaman xidmətin imkanlarını qiymətləndirə biləcəklər.
Dünən Lənkəranda BarKamp (BarCamp) İnternet texnologiyaları, resursları, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş jurnalistikası və s mövzunu əhatə edən İnformasiya Texnologiyaları və Müasir Media qeyri-konfransı başladı.
Müasir günümüzdə kompüterin başında o qədər vaxt keçiririk ki, təbii olaraq yemək və digər işlərimizi onun üstündə etməyə məcbur oluruq. Bu da klaviaturanın düymələri arasına müxtəlif tullantıların daxil olmasına səbəb olur.
Mobil telefonlardan hər yerdə istifadə olunması başqalarının şəxsi problemlərini eşitməyə artıq hamını alışdırıb. Bəzi ölkələrdə yüksəkdən danışanlarla mübarizə aparır, telefondan nəqliyyatda və ictimai yerlərdə istifadə etməyə qadağa qoyurlar.
Financial Times-ın yazdığına görə, Microsoftun yeni Internet Explorer 8 brauzerinin şəxsi informasiyaların qorunması funksiyasını açması, onun Google kimi şirkətlərin reklam modelində əks olunmasına səbəb ola bilər. Internet Explorer 8 istifadəçilərə onların maraqlarını üzə çıxarmadan saytları izləmək imkanı verir. Hazırda saytlar reklamda yerləşdirilmək üçün istifadə olunur.
M2E şirkəti bəyan edib ki, gələn ildən yeni mobil telefon qidalandırıcısı istehsal edəcək. Telefon yeriş zamanı qidalanacaq. Çox güman ki, telefon altı saatlıq yeriş zamanı bir saatlıq danışıq vaxtı yığacaq.
Röytersin məlumatına görə, ölkə üzrə beşinci liqada olan “Ebbsflit Yunayted” ingilis futbol klubu hücumçu oyunçulardan birini satmaq təklifi alıb. Məşhur olmayan klub, 19 yaşlı futbolçusu Con Eykində 140 min funt sterlinq qiymət qoyub (170 min avrodan çox). Futbolçunun komandadan getməsi barədə qərarı isə myfootballclub.co.uk. saytının istifadəçiləri qəbul edəcəklər.
Cənubi Koreya istehsalçıları yeni, daha mükəmməl telefon təqdim etdi. Bu, U600 modelinin CDMA versiyası Samsung SCH-F639 telefonudur. Samsung SCH-F639 həm xarici görünüş, həm də texniki xarakteristikaya görə U600 modelinə bənzəyir.
Televiziyada reklam yaxın onillikdə istifadəçilərin idarə etməsindən asılı olaraq dəyişikliyə məruz qalacaq. Forrester Research şirkətinin tədqiqatına əsasən, tv-də reklam bugünkü onlayn reklamları xatırladacaq. Analitiklərin fikrincə, on ildən sonra, istehlakçıların yaşadığı yerdən, davranışından və sosial mənsubiyyətindən asılı olaraq televiziya proqramları reklam tələblərinə uyğun şəkildə göstəriləcək.
BarKamp (BarCamp) İnternet texnologiyaları, resursları, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş jurnalistikası, OpenSource, proqram təminatı və bütün bunlarla əlaqəli olan sahələri əhatə edən İnformasiya Texnologiyaları və Müasir Media qeyri-Konfransıdır
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi elektron imzanın tətbiqi üçün Milli Açıq Açar İnfrastrukturunun (PKİ) qurulması üçün açıq tender keçirir: Tender iştirakçılarına təklif edilir ki, tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər
“Jurnalistlərin İKT bacarıqlarının artılrılmasına dəstək” Layihəsi çərçivəsində növbəti Treninqlər Oktyabrın 1-dən başlayacaq