İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular
Cəmi 7600 nəticə tapildı!

İlk altınüvəli Xeon sentyabrda buraxılacaq

26.08.2008 [07:26]

San-Fransiskoda keçirilən İDF-in konfransında şirkətin vitse-prezidenti Patrik Gelsinger elan etdi ki, altınüvəli prosessor - Xeon sentyabrda buraxılacaq. Dunnington kod adı altında olan prosessor X7460 Xeon çipinin bünövrəsi, 45 nm texnologiyası əsasında qurulub.

Sentyabrda Lenovo ThinkPad X301 ultra-nazik noutbukunun satışı başlanılır

26.08.2008 [09:00]

ThinkPad X300 modelinin alıcıları üçün yeni X301 indeksli noutbuk gəlir. Mobil platforma Centrino 2-dən və Intel Core 2 Duo-nun əlverişli proqressiv prosessorlarından istifadə etməsi, DDR3-1066 MHs yaddaşlı olması imkanları noutbukun sələflərində yoxdur.

Olimpiya oyunlarının rəsmi saytı yeni yarış meydanına çevrildi

26.08.2008 [10:06]

comScore şirkətinin analitikləri Çin Yay Olimpiya Oyunlarının rəsmi saytının izlənilməsi statistikasını veriblər. Beijing2008.cn saytı Olimpiyada haqqındakı informasiyaları beş dildə verir: çin, ingilis, fransız, ispan və ərəb dilləri. comScore-nin tədqiqatı göstərib ki, sayt olimpiyanın ilk on günündə 16 mln. yarım istifadəçini özünə cəlb edə bilib.

Internet hərracında milyona yaxın bank hesabı satıldı

26.08.2008 [12:10]

PC PRO-nun yazdığına görə, eBay internet-hərracında American Express, Natwest və Royal Bank of Scotland banklarının müştərilərinin milyona yaxın bank hesabı ilə özəl məlumatları olan kompüter satılıb. Kompüterdə adlar, ünvanlar, mobil telefon, bank hesabı, kredit kartları nömrələri, hətta müştərilərin imzaları var.

Intel nazik noutbuklar üçün prosessorlar istehsal edib

26.08.2008 [12:47]

İntel nazik noutbuklar üçün Core 2 Duo prosessorlarını təqdim edib. SU9300 və SU9400 modellərinin hər ikisi 800 MHs-lik şin üzərində işləyir və ikinci dərəcəli, keş yaddaşlı, 3 Mb-lıq ölçüdədir. Birinci çipin tezliyi 1,2 GHs, ikincininki isə 1,4 Ghs-dir. Adı çəkilənlərlə yanaşı SL9300, SL9400, SP9300 və SP9400 modelləri də buraxılıb. Bu prosessorlar 1066 MHs şin üzərində işləyir və iki dəfə böyük keşə malikdir. Tezlikləri isə modeldən asılı olaraq 1,6-2,4 GHs arasında dəyişir.

42 GB-lıq DVD-lər....

25.08.2008 [04:34]

Şimali yaponiyadakı Tohokü universiteninin alimləri CD və DVD-lərin həcm tutumunu 9 qat artırmağın yollarını tapıblar

Yoxsul ölkələrin sakinləri internet-oyunlarla dolanırlar

25.08.2008 [06:22]

Mançester universitetinin əməkdaşlarının apardığı araşdırmalara görə, hazırda inkişaf etməkdə olan ölkələrin yarım milyona yaxın sakini internet oyunlarla pul qazanır. Oyunçunun qazandığı virtual vasitələri digər oyunçuya satması daha geniş yayılmış üsuldur.

American Airlines səmada internetə qoşuldu

25.08.2008 [07:54]

American Airlines aviaşirkəti Aircell provayderinin Gogo servisi sayəsində öz müştərilərinə uçuş zamanı internetdən istifadə etmək xidmətini təqdim edib. Yeni xidmət bütün sərnişinlər üçün nəzərdə tutulub.

Internet Explorer 8 –də xüsusi işləmə rejimi yaradılacaq

25.08.2008 [10:31]

BBC-nin verdiyi məlumata görə, üzərində hazırlıq işləri gedən Microsoft Internet Explorer brauzerinin səkkizinci versiyasında xüsusi saytlara daxil olma rejimi olacaq.Istifadəçilərin onlayn resurslarında olan izlərini məhv etmək üçün IE8-in tərkibinə potentləşdirilmiş Cleartracks və Inprivate texnologiyaları daxil olunub.Yeni rejimdə keş faylları, səhifələrə giriş yaddaşı, cookies faylları (bu fayllar saytın müxtəlif səhifələrinə daxil olan istifadəçi haqda məlumatları yaddaşda saxlayır) və istifadəçinin internetdə nə ilə məşğul olduğunu göstərən digər məlumatlar silinir.

Intel və Yahoo Internetə televizor vasitəsilə qoşulur

25.08.2008 [14:15]

İntel və Yahoo şirkətləri IDF 2008 forumunda müasir televizorlara veb-saytları əks etdirmək imkanı verən proqram təminatı haqda xəbər verdi. Widget Channel sisteminin köməyi ilə tamaşaçılar xəbərləri, videoları izləyə, dostları ilə ünsiyyət qura bilərlər. Belə ki, internetlə işləmə verilişləri və filmləri izləyərkən də mümkündür.

Firefox-un köməyi ilə JavaScript kodunun işləməsi xeyli sürətlənə bilər

25.08.2008 [17:55]

Mozilla.org qrupu Firefox brauzeri ilə JavaScript-in kodunun işləməsini sürətləndirən TraceMonkey adlı yeni texnologiya təqdim edib. TraceMonkey JavaScript-in işləməsi üçün JIT-kompilyator (Just-In-Time) təqdim edir. Mozilla əməkdaşlarının fikrincə, Firefox JavaScript-lə işləyən zaman TraceMonkey sistemi onun səmərəliliyini yeddi dəfə və daha çox artırır.

Microsoft Photosynth hamı üçün əlverişli olacaq

23.08.2008 [09:10]

Microsoft Live Labs keyfiyyətli ponoram təsvir almaq və onları yaymaq üçün müştərilərə Photosynth-in əlverişliliyi haqqında elan verdi. Əməliyyat yüksəkkeyfiyyətli Seadragon təsvirləri texnologiyası - renderinq üzərində qurulur və bir nöqtədən çəkilən, üçölçülü şəkil yaradan fotopeyzajların yığımını birləşdirməyə imkan verir.

Process Explorer 11.21

23.08.2008 [13:13]

Process Explorer proqramının yeni versiyası buraxılıb. Process Explorer 11.21 mahiyyətcə Windows sisteminin əməliyyatlarının yerinə yetirilməsi üçün informasiya mənbəyi hesab olunur. Bu proqramın köməkliyi ilə itmiş prosesləri tapmaq, prosessorun və operativ yaddaşın yüklənməsini idarə etmək mümkündür. Proqramın interfeysi ikipəncərəli şəkildədir.

V-Talking çoxfunksiyalı çatın yeni variantı buraxılıb

23.08.2008 [09:24]

V-Talking – mobil qoşulmalar və xəbərlərin şifrələnməsinin monitorinqi ilə yerli və qlobal şəbəkələr üçün çoxfunksiyalı çat və forumdur. Işləməsi həm serverlə müştəri arasında, həm də müştərilər arasında həyata keçirilir. Çatda inzibatçılıq, saxlanılmış məlumatlar, faylların ötürülməsi, reputasiya sistemi, istifadəçilər üçün informasiya, şəbəkə əhatəsi, akkauntlar, avatarlar (kiçik şəkillər), skinlər (bunun vasitəsilə proqramın xarici görünüşünü dəyişmək olar) və s. mövcuddur. Yeni versiyada:

Undelete 2009 - itmiş faylların bərpası

23.08.2008 [18:22]

Diskeeper Corporation, istifadəçiləri vacib məlumatların təsadüfən itməsindən xilas edən Undelete 2009-un yeni versiyasını yaradıb. Undelete 2009, InvisiTasking texnologiyasının sayəsində silinmiş faylları fon rejimində, saniyələr ərzində bərpa edir.

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar