Müxtəlif audio-formatlarla işləmək üçün yeni proqram fəaliyyət göstərməyə başlayıb. LameXP 3.03 böyük imkanlara malik olan pulsuz kiçik proqramdır. Onun əsas funksiyası audiofaylları bir formatdan digərinə çevirməkdir.
Bu ilin sonuna kimi Azərbaycanda bütün orta təhsil məktəblərinin vahid mərkəzdən İnternetə qoşulmasını təmin edəcək DATA Mərkəzi yaradılacaq. Təhsil Nazirliyi nəzdində təsərrüfat hesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədovun sözlərinə görə, mərkəz 2008-2012-ci illəri əhatə edəcək Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində təşkil olunur.
Azərbaycan Təhsil Nazirliyi ölkə prezidentinin bu yaxınlarda təsdiqlədiyi «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində gələn ildən ali təhsil müəssisələrinin İnternetlə təmininə başlayacaq.
Internetdə Dell firmasının İnspiron 910 kompüterinin texniki xarakteristikası barədə qeyri-rəsmi məlumatlar yayılıb. Gizmodo.ru saytının məlumatına görə, İnspiron 910 noutbukuna 1,6 ghs tezlikli İntel Atom prosessoru qoyulub. Operativ yaddaşın həcmi 512 Mb və ya 1 Gb ola bilər, fleş-kart əsaslı diskin həcmi 4 Gb-dan 16 Gb-a qədərdir. Qrafik idarəedici çipsetin köməyi ilə 8,9 düymlü displeydə təsvirə baxmaq olar.
Microsoft və Novell birgə fəaliyyət barədə məlumat verdilər. 2006-cı ilin razılaşmasına əsasən Microsoft Novell SUSE Linux sertifikatlarını almaq üçün 100 mln dollar xərcləyəcək. Kompaniyalar texnologiyaların virtualizasiyası, birləşdirilməsi və idarə edilməsi ilə də birlikdə məşğul olacaqlar.
Topware Interactive kompüter oyunları istehsalçı firması şəbəkədə Dream Pinball 3D oyununu yerləşdirən Londonlu İzabella Barvinskaya qarşı iddia qaldıraraq məhkəmədə qalib gəlib. Məhkəmə Barvinskadan maddi ziyana və firmanın məhkəmə xərclərinə görə 16 min funt (təqribən 32 min dollar) məbləğində cərimə ödəməyi tələb edib.
Microsoft-un yeni əməliyyat sistemi olan Windows 7–də korporasiyanın 2500 işçisi çalışır. Bu haqda yaxınlarda açılmış E7 bloqunun baş meneceri Stiven Sinofski xəbər verir. Onun dediyinə görə, Windows 7-nin proqramçılari 25 komandaya bölünərək gələcək proqram platforması üzərində işləyirlər.
İntel İDF-dən yeni və əhəmiyyətli xəbər. Intel Mobility Group-un vitse-prezidenti və baş meneceri Dadi Perlmutter (Dadi Perlmutter) İDF-in mərkəzi platformasında çıxış edərək İntelin noutbuklarla bağlı planlarını danışdı: Dördnüvəli mobil prosessorlar Ilk növbədə Perlmutter hi-end-ə məxsus Centrino 2 prosessorlu müasir noutbukların Quad Core texnologiyası ilə, yəni dördnüvəli prosessorlarla işləyəcəyini qeyd etdi. Bunların bəziləri Lenovo
Avqust ayının 18-də Hewlett-Packard (HP) şirkəti EliteBook portativ noutbuklar barədə elan edib. İstehsalçının məlumatına görə hər bir noutbukun çəkisi 1,5 kiloqramdan artıq deyil, lakin bununla yanaşı hər bir model disklər üçün quraşdırılmış optik qurğu ilə təchiz olunub. Yeni noutbuk modellərin korpusları anodlaşdırılmış alümindən və maqnezium ərintilərindən hazırlanıb. Bu cür konstruksiya noutbukları əlavə temperatur və fiziki təsirdən qorumağa kömək edir.
Ofislərdə olan hər üç kompüterdən birində Windows Vista əməliyyat sistemi Windows XP ilə əvəz olunur. Bu barədə InfoWorld şirkətinin araşdırmalarında deyilir. Araşdırma dünya üzrə üç mindən çox kompüteri əhatə edib. Bu kompüterlərin 35%-də Windows Vista əməliyyat sistemi Windows XP ilə əvəz olunub.
Cari ilin oktyabr ayında Şərqi Afrikaya ilk optik lif rabitə xətləri çəkiləcək. 15 000 kilometr uzunluğunda optik lif kabelinin çəkilməsi 600 milyon ABŞ dollarına başa gələcək. Bu məbləğin əsas hissəsinin Afrika investorları tərəfindən ödənilməsi nəzərdə tutulub. Hazırda bu regionun əhalisi İnternet şəbəkəsinə olduqca bahalı peyk rabitəsi vasitəsi ilə qoşulur.
Sky News agentliyinin verdiyi məlumata görə, Britaniyada internet vasitəsi ilə terrorist cəlb edən, Aabid Xan adlı ekstremist 12 illik həbs cəzasına məhkum olunub. Xan, müsəlman olmayanlarla müharibəyə çağıran ekstremist ensiklopediyasının elektron variantının yaradılmasında günahkar bilinib. O, yaratdığı ekstremist yuvasına, 2006-cı ildə həbs olunan Xammaad Munşini cəlb etmişdir.
İnternetin inkişafı proqram təminatı sahəsində əsaslı dəyişikliklərlə nəticələnəcək. Bu barədə Microsoft-un müəssisi Bill Qeyts, şirkətin Asiya Tədqiqat Bölməsinin onilliyinə həsr olunmuş konfransda bəyan edib. Microsoft-un yaradıcısı əmindir ki, gələcəkdə istifadəçilər, güclü serverlərdə verilmiş məsələləri həll etmək imkanına malik uzaqlaşdırılmış proqram təminatı ilə işləyəcəklər. Bunun nəticəsində ucuz kompüterlərə tələbat artacaq ki bu kompüterlərdən yalnız internetə çıxış imkanı kimi istifadə olunacaq.
Nokia Smart Spacer Lab kompaniyası videokonfranslar aparmaq üçün ev telefon robotu Jeppe-nin prototipini yaradıb. Qurğu ağ rəngli gülümsəyən insan başı formasındadır. Nokia N810 internet-planşetin köməyi ilə, bluetooth-la idarə olunur. Bundan başqa, Jeppe-də Lego NXT robotunun bloku da işə salınıb.
Toshiba kompaniyası dünyada ilk dəfə XDE texnologiyası ilə işləyən DVD pleyer təqdim edib. Istehsalçı şirkətin dediyinə görə, yeni DVD digərləri ilə müqayisədə təkmilləşdirilmiş və daha keyfiyyətli təsvir verir. Qurğu avqust ayında 150 $ qiymətində bazara çıxarılmalıdır.