Internet istifadəçiləri xakerlərin əməliyyat sisteminin dəyişmə buferinə zərər yetirən qeyri-adi “hücumları”na məruz qalıblar. Hücum Windows, Linux, Mac OS kimi bütün müasir əməliyyat sistemlərinə təsir edərək, copy/paste funksiyasına yönəlib. Mütəxəssislər dediyinə görə, təhlükənin səbəbi ondadır ki, istifadəçilərin çoxu dəyişmə buferi ilə “avtomatda” işləyir və fikir vermirlər ki, orada yenilənmə baş verə bilər.
İyul ayında poçt trafikində spamın payı orta hesabla 78.9% təşkil edib. Ən çox spam ayın 11-də qeyd olunub – 88.9%. Mütəxəssislər bu nəticəni spamın pay göstəricilərinin mövsümi azalması ilə əlaqəndirirlər. Bununla belə, “Kasperski Laboratoriyasından” deyilənlərə əsaslanaraq, onlar qeyd edirlər ki, bu azalma son bir neçə ildə ilk dəfə olaraq müşahidə olunub.
Apple şirkəti kapitallaşma üzrə Google İnternet-axtarış sistemini geridə qoyub. Belə ki, kompüter texnikası və elektronika istehsalçısının qiyməti cari ilin avqust ayının 14-də 158,84 milyard ABŞ dolları təşkil edib, Google şirkəti isə 157 milyard dollarına dəyərləndirilir. Belə vəziyyətdə Apple dünyanın ən qiymətli kompüter şirkətləri siyahısında 3-cü pillədə yer alıb.
Hindistanın Spise firması dəyəri 20 ABŞ dolları olan dünyanın ən ucuz telefonunu istehsal edib. Bu telefonun ekranı və digər funksiyaları yoxdur. Çünki istehsalçılar bunu lazım bilməyiblər. Kompaniya nümayəndələri bu telefonu “Sadəcə telefon” adlandırır və yaxın vaxtlarda telefon bazarına 10 milyon ədəd belə telefon “tullamaq” fikrindədir. Spise az bir zamanda dünyaya 10-20 dollar arası qiymətdə telefonlar “hədiyyə” etməyi planlaşdırır.
Google kompaniyası Google Earth servisinə yeni Places funksiyasını əlavə edib. Onun mahiyyəti Wikipedia, Panoramio и YouTube resurslarının informasiyaları ilə topoqrafik göstəricilərin birlikdə verilməsindədir.
Nielsen Company-nin analitikləri Rusiyanı mobil internetdən istifadəyə görə Avropada üçüncü, dünyada isə dördüncü ölkə adlandırıblar. Onların araşdırmalarından belə məlum olub ki, Avropa və Amerikanın sakinləri telefonda internetdən poçtu oxumaq və xəbərləri izləmək üçün istifadə edirlərsə,
ABŞ əhalisi üçün indiyədək əsas xəbərlər mənbəyi televizordur. Bu barədə Pew Research Center şirkətinin dünən dərc olunmuş araşdırmasında deyilir. Pew Research Center şirkətinin keçirdiyi sorğuda iştirak etmiş respondentlərin 46% bəyan ediblər ki, son xəbərlərdən məlumat almaq üçün televizordan istifadə edirlər. Sorğunun nəticələrinə görə, televiziya xəbərlərinə üstünlük verən insanların əksəriyyəti kabel kanallarından istifadə edir. Bu qrup respondentlərin orta yaş səviyyəsi 52 yaşdır və onların əksər hissəsinin təhsil səviyyəsi aşağıdır. Bu insanları əsasən elm və texnika haqqında xəbərlər yox, hava proqnozu maraqlandırır.
Gartner analitikləri inanırlar ki, mini-noutbuk bazarı böyüyəcək. 2008-ci üzrə bu texnikanın dünya üzrə təchizi 5,2 mln təşkil edirsə, 2009-cu ildə bu göstərici 8 mln-a çatacaq. Mütəxxəssislər onu da istisna etmirlər ki, bu cür böyük tələbat 2012-ci ildə 50 mln noutbukun satılmasına gətirib çıxaracaq.
Almaniyanın ARD və ZDF teleradiokompaniyalarının tədqiqatına əsasən, 18 yaşdan yuxarı olan alman vətəndaşları fəal internet istifadəçiləridirlər. Yaşlı nəsil gündə təqribən 58 dəqiqə internetdən istifadə edirsə, gənclər ən azı 1 saat onlaynda olurlar. Bu da onların televiziya və radionu izlədikləri vaxtdan iki dəfə çoxdur.
Microsoft oktyabrda Windows 7 əməliyyatı haqda məlumat verəcək Microsoft kompaniyası Windows 7 ilə bağlı sualları cavablandıran xüsusi bloq hazırlayıb. Hələki bu barədə məlumat azdır. Lakin Windows-un baş menecerlərindən biri Stiven Sinofski qey edir ki, oktyabrın 27-də Professional Developers Conference (PDC) və Windows Hardware Engineering Conference (WinHEC) tədbirində Windows 7 ilə bağlı texniki məlumatlar elan ediləcək.
Leypsiq universitetinin alimləri müəyyənləşdiriblər ki, insanların xasiyyəti haqqında onların elektron ünvanlarına baxıb mühakimə yürütmək olar. Etdikləri tədqiqatlar onların gəldiyi qənaətin doğru olduğunu göstərir. Tədqiqatçılar 600 e-mail ünvanı seçib onların sahiblərinə kiçik anket suallarını cavablandırmağı xahiş ediblər. Sonra həmin elektron ünvanları 100 tələbəyə verərək onları xasiyyət baxımından qiymətləndirməyi tapşırıblar.
Multimedia Mərkəzi tərəfindən “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” Layihəsi çərçivəsində növbəti Treninq keçirilib. Treninqdə müxtəlif KİV-lərdə çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edib. Silverkey şirkətinin rəhbəri Fərid İsmayılzadə “Elekron xidmətlər, online ödəmə, elektron sorğular, elektron ticarət, elektron formada alqı-satqı əməliyyatlarının icrası, internet bankinq “ mövzusunda təqdimatla çıxış edib. Mövzu ətrafında praktiki nümunələr təqdim olunub. Treninq iştirakçılarını maraqlandıran çoxsaylı suallara aydınlıq gətirilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, bu ilin sonunadək “Xalq kompyuteri” layihəsinin sınaqdan keçirilməsi nəzərdə tutulur. Pilot layihə Azərbaycanın bir necə rayonunda tətbiq ediləcək.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, növbəti Azərbaycan-Amerika informasiya-kommunikasiya texnologiyaları (İKT) forumu 2009-cu ilin fevralında keçiriləcək.
ABŞ hüquq-mühafizə orqanlarına ölkəyə gəlmiş şəxslərdən sərhəddə portativ texnikanı müsadirə etmək hüququ verilib. Hətta qurğuların sahiblərinin heç bir hüquqazidd hərəkəti olmadığı təqdirdə belə sərhədçilər noutbukları, MP3-pleyerləri və hətta mobil telefonları izahat vermədən ABŞ-a daxil olanlardan ala bilərlər.