Intel şirkəti rəsmi olaraq, noutbuk istehsalçılarını Centrino 2 – yeni mobil platforma ilə təchiz etməyə başlayıb. Həmin reliz Centrino-nun əsaslı yenidən baxılmasına dair sayca artıq beşincidir. Təqdimat mərasimi zamanı şirkətin məhsul istehsalat xəttində mobil istiqamətin vacibliyini vurğulayan Intel nümayəndələri qeyd ediblər ki, gələcək nəsil mobil platformalarda istehlakçı və korporativ həllərə bölünmə prinsipi saxlanacaq.Yeni Intel Centrino-nun əsasını Penryn ailəsindən olan 45-nm Core 2 Duo prosessorları təşkil edir. Bu istehsalat xəttinə Intel Core 2 Duo P8400 (2.26GHz), P8600 (2.40GHz), T9400 (2.53GHz) və T9600 (2.80GHz) daxildir.
Yandeks (rusca Я ндекс) Rusiyanın ən böyük arama motoru və portalıdır. O 1997-ci ildə yaradılıb. Onun adı “Yet Another iNDEXer” (YANDEX) və ya dil indeksi (“Языковой Index”) anlamını verir. Rusca «Я» sözü ingiliscə “I” ilə eyni anlam daşıyır, yəni mən şəxs əvəzliyi (I şəxsin təki) Bunu da çevirəndə ikimənalı olur: yəni «Яндех» və «Index».
Dünyanın ən çox istifadə edilən e-poçt xidmətlərindən Hotmail –i Hindistan əslli bir müsəlman gəncin tapdığı ortaya çıxdı. Bu anda Microsoft korporasiyasına aid olan söz mövzusu mailin arxasında əslində böyük bir müvəffəqiyyət hekayəsi yatır. Bu müvəffəqiyyətin altına imza atan gənc Hindli Müsəlmanın adı Sabir (Sabeer) Bhatia. 1988-ci ildə Sabir, Stanford Universitetində təhsil almaq üzrə ABŞ -a gəlir. Buradan məzun olduqdan sonra internet firmalarından birində işə başlayır, ardından eyni universitetdən məzun olan Cek Smit adlı bir gənclə tanış olur.
Braziliyada İnternet-provayderlər bütün müştərilərinə dosyelər açacaqlar. Bu təklif, kibercinayətkarlıqla və internet şəbəkədə baş verən qanun pozuntuları ilə mübarizə üzrə yeni qanun layihəsi tərəfindən müəyyən olunub. Yeni qanuna əsasən, internet-provayderlər müştərilərinin şəbəkəyə qoşulmaları haqda informasiyanı üç ilə dək gizli saxlamağa borcludular və hüquq mühafizə orqanları onu istədiyi təqdirdə təqdim etməlidirlər. Bundan əlavə xidmət göstərənlər, internet şəbəkəsində baş verən istənilən cinayət barədə xəbər verməyə borcludular.
Daily Telegraph qəzeti ən faydalı veb-saytların siyahısını dərc edib. Bloknot, gündəlik və təqvim (hamısı virtual şəkildə) backpackit.com portalında saxlanılır. Siyası tərtib edənlər xəbər saytları arasında marumushi.com/apps/newsmap seçiblər. Daha bir, sadə istifadəçilərin tövsiyələrinə əsaslanan faydalı sayt – digg.com saytıdır.
Google axtarış sisteminin rəsmi bloqunda, şirkətin personajları hərəkət edən, üçölçülü sosial şəbəkənin istifadəyə verməsi haqda deyilir. Yeni məhsul Lively adlanır və bir çox cəhəti ilə Second Life oynunu xatırladır. Lakin oyundan fərqli olaraq, müvafiq plaqini qurduqdan sonra o, brauzerdə birbaşa işə düşür. Lively istifadəçilərinə özlərinin üçölçülü hərəkət edən personajlarını yaratmağa təklif olunur. Personajın cinsini, üz cizgilərini, saç düzümünü və geyimini seçmək olar. Personajı seçdikdən sonra, adi sosial şəbəkə səhifəsinin analoqu olan özünüzün virtual otağınızı tərtib etməlisiniz.
Təhqiqatlar aparan Net Applications şirkəti maraqlı məlumatlar təqdim edib. Sən demə, hamı tərəfindən yaxşı tanınan Windows Vista əməliyyat sistemi, bütün dünya kompüterlərinin 16.14 faizində qurlaşdırılıb. Bu göstərici yeni istifadəyə verilmiş əməliyyat sistemi üçün heç də pis deyil. Lakin bu rəqəm, sözügedən əməliyyat sisteminin yayılması üçün şirkətin göstərdiyi səylər qarşısında müqaisə edilməz dərəcədə azdır. Özünüz müqaisə edin – liderliyi hamı tərəfindən sevilmiş, planetimizin 71.2% kompüterlərini əsarəti altında saxlayan Windows XP əməliyyat sistemi edir.
ZDNet yazır ki, bir neçə iri İT-korporasiyaları, həmçinin Microsoft, Sun və Cisco, əlaqəli olaraq, domen adları internet-ünvanının uyğun olmasına cavab verən DNS sistemdə aşkar olunan ciddi zəifliyi aradan qaldıran patç hazırlayıblar. Zəiflikdən istifadə edən ziyankarlar, trafiki istənilən veb-ünvandan öz serverlərinə yönəldə bilərdilər.
Iyulun 11-də üçüncü nəsil mobil şəbəkələrdə işləyən Apple iPhone 3G mobil telefonlarının satışına başlanılıb. iPhone-un yeni modeli Apple rəhbəri Stiv Cobs tərəfindən iyunun 9-da təqdim edilib. Aparat şəbəkələrdə GSM/EDGE, UMTS/HSDPA standartlarının işini dəstəkləyir, həmçinin simsiz Wi-Fi (802.11b/g) və Bluetooth 2.0 şəbəkələrində işləyir. Özundən əvvəlki modeldən fərqli olaraq, iPhone 3G GPS peyk naviqasiya sisteminin inteqrasiya edilmiş qəbuledici ilə təchiz edilib. iPhone 3G-nin 8 qB yaddaşı olan modifikasiyasının dəyəri 199 dollar və 16 qB informasiya yerləşən versiyanın dəyəri 300 dollardır.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən ölkədə Mobil nömrə portativliyi (MNP) xidmətinin tətbiqinə baxılır. RİTN-də qeyd edirlər ki, həmin xidmətin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı öz telefon nömrələrini saxlamaq imkanı əldə edirlər.
Respublika ərazisində universal telekommunikasiya xidmətlərinin tətbiqi ilə bağlı müvafiq işlər görülür. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, regionlarda NGN şəbəkəsinin qurulması istiqamətində “Elektron Şamaxı” layihəsinin başa çatdırılması ilə Şamaxı rayon mərkəzində və kəndlərdə ən müasir tələblərə cavab verən rabitə şəbəkəsi qurulmuşdur.
AzərTAc xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi milli rabitə peykinin buraxılması üzrə “AzərSat” layihəsinin reallaşdırılması ilə bağlı işləri davam etdirir. Proqrama əsasən Azərbaycanın süni peykinin yaradılması 2010-cu ilin birinci yarısında həyata keçirilməlidir.
Azərbaycanda əhaliyə fərdi kompüterlərin güzəştli şərtlərlə satışını nəzərdə tutan «Xalq kompüteri» layihəsinin icrasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) «Azərpoçt» Dövlət Müəssisəsinin şəbəkəsindən istifadə olunacaq. Nazirlikdən verilən məlmata görə, mövcud imkanların analizi göstərir ki, proqramın reallaşdırılması üçün daha çox uyğun gələn şəbəkə 1700-ə yaxın şöbəsi olan «Azərpoçt»un infrastrukturudur.
Net Applications tərəfindən aparılan bir araşdırma Windows əməliyyat sistemini istifadə edən kompüter istifadəçilərinin sayında eniş olduğunu göstərdi. Araşdırma, internetə bağlı istifadəçilər arasında aparılıb. Araşdırmanın məqsədi, kompüter istifadəçilərinin hansı əməliyyat sistemini daha çox istifadə etdiklərini təyin etmək olub. Bu araşdırmaya görə Windows istifadəçilərinin sayı 90%-dən aşağı düşmək təhlükəsi yaşarkən , Applenin Mac OS X əməliyyat sistemindən istifadə edənlərin sayı 10%-i keçmək üzrədir.
Zdnet Blog yazır ki, Tel-aviv universitetinin tibb fakültəsində çalışan üç israil alimi, müğənnilərə vibrato texnikasını örgətmək üçün nəzərdə tutulan elektron qulaq icad ediblər.