Google mobil Youtube tətbiqetməsində videoları internet bağlantısı olmadan da izləməyin mümkün olacağını açıqladı.
7-9 Noyabr tarixdə Bakıda Startup Günləri keçiriləcək. Startup Günləri Azərbaycan İnternet forumu tərəfindən Startup Azərbaycan Layihəsi çərçivəsində keçirilir.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbədən kənar iclasında altı sənəd təsdiq edilib.
Müsabiqədə ölkədə İnformasiya Cəmiyyətindən, elektron hökumət quruculuğundan yazan, ümumiyyətlə İKT-nin müxtəlif sahələrdə tətbiqindən yazan jurnalistlər və bloqçular iştirak edə bilər. Müsabiqə 3 istiqamət üzrə keçirilir
Azərbaycan Respublikasının qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması ilə bağlı ölkədə həyata keçirilən işlər çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən bir sıra tədbirlər həyata keçirilib.
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) və UNESCO-nun birgə təsis etdiyi Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiya (The Broadband Commission for Digital Development) tərəfindən hazırlanmış “State of Broadband Report”da (Dövlət Genişzolaqlı Hesabatı) Azərbaycan yenə də MDB ölkələri arasında bir sıra göstəricilərə görə aparıcı yerləri tutub.
Bu bir reallıqdır ki, Azərbaycanda sosial-iqtisadi, siyasi sistemin təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi ilə yeni bəşəri idarəetmə üsulunun tətbiqi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun ildən-ilə artmasına gətirib çıxarıb. Ölkəmizdə müvəffəqiyyətlə informasiya cəmiyyəti qurulur və dövlət başçısı tərəfindən bu siyasət ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının müzakirəsinə yeni sənədlər təqdim edilib.
Yaxın vaxtlarda avtobuslarda “Wi-Fi” şəbəkəsi yaradıla bilər. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib. Onun sözlərinə görə, avtobuslarda monitorlarda “Wi-Fi” işarəsi var. Hələlik gündəmdə əsas məsələ avtobuslarda ödənişin kartla həyata keçirilməsidir. Amma ola bilər ki, bir qədər sonra internet şəbəkəsi quraşdırılsın.
Ölkəmizdə bu ilin “İKT ili” elan olunması bu sahəyə olan diqqəti daha da artırıb. Elmi texnoloji yenilikləri ilə seçilən Qafqaz Universiteti də bu sahədə yeniliklərə imza atır.
Korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalan “Nar Mobile” daha bir xeyriyyə təşəbbüsü ilə çıxış edib. Belə ki, hər il ənənəvi olaraq sentyabr ayının sonuncu həftəsində dünya miqyasında keçirilən Beynəlxalq Karlar Günü də “Nar Mobile” rəhbərliyinin diqqətindən yayınmayıb.
Bu gün Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Mərkəzi Seçki Komissiyasının ( MSK) sədri Məzahir Pənahov MSK-da yaradılan Veb-kameralara texniki nəzarət mərkəzinin fəaliyyəti ilə tanış olublar. Onlara nəzarət mərkəzi haqqında ətraflı məlumat verilib.
Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkətinin şəbəkəsindən istifadə edən abunələrin 50%-dən çoxu aktiv şəkildə daimi internetdən istifadə edirlər.
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 4 saylı tədris korpusu əsaslı yenidənqurmadan sonra fəaliyyətə başlayıb.
Ölkədə elektron ticarətin, onlayn ödənişlərin təbliği bu istiqamətdə fəaliyyət göstərən müəssisələrin bir-birindən sərfəli şəkildə öz xidmətlərini, kartlarını təklif etmələrinə səbəb olub. Sözügedən kartlar internet vasitəsilə alış-veriş etmək üçün nəzərdə tutulmuş kartdır. İnternet şəbəkəsində mal və ya xidmət haqqı ödəyərkən istifadəçilər yalnız heç də mürəkkəb olmayan adi elektron anketini doldurmalı, o cümlədən, oraya kart barədə məlumatlar da daxil edilməlidir.