\"İnternetin qiymətlərinin aşağı salınması siyasəti davam etdiriləcək\". Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 28 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş \"Azərbaycan Respublikasında 2013-cü ilin \"İnformasiya-kommunikasiya texnologiyaları ili\" elan edilməsi ilə bağlı Tədbirlər Planı\"nın 29-cu bəndinə əsasən \"İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi\" məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə tədbirlər həyata keçirəcək.
Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Bundan sonra dövlət qurumları onlara ünvanlanan müraciətləri cavabsız qoya və ya göndərilən suallardan yayına bilməyəcəklər. Eyni zamanda bəzi dövlət qurumlarının “Məktub yetişmədi” kimi ənənəvi bəhanələrinə də son qoyulacaq.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzində (MHM) \"İKT ili\" çərçivəsində \"Respublikada \"Elektron hökumət\": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər\" mövzusunda elan edilən analitik məqalə müsabiqəsi ilə bağlı tədbir keçirilib.
Nəhayət ki, uzun illərdən bəri gözlənilən milli domenlərin onlayn qeydiyyat sistemi işə salındı. Daha doğrusu onun www.online.az saytını aktiv ediblər. Sadəcə dəhşət və biabırçılıqdır !
Dənizkənarı Milli Parkda (bulvarda) \"Wi-Fi\" nöqtələri quraşdırılacaq. Bu barədə Milli Dənizkənarı Park İdarəsinin rəhbəri Nazim Məcidov məlumat verib.
Mərkəzi Seçki Komissiyasının (MSK) seçicilərə göstərdiyi xidmətlərin bir qrupu elektronlaşdırılaraq \"Elektron hökumət\" portalına inteqrasiya edilib. Bu barədə MSK katibliyinin informasiya mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verib.
Vətəndaşlara biometrik pasportların verilməsinə gələn həftədən etibarən start veriləcək.
Sentyabrın 2-də Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun Prezident İlham Əliyevə təqdim edilməsi mərasimi olub.
Azərbaycanda internet istifadəçilərinin sayının artması, əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi, nağdsız ödənişlərin və elektron xidmətlərin təşviq edilməsi onlayn ticarətin də həcminin artmasına səbəb olub.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “İKT ili” çərçivəsində “Respublikada “Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda elan etdiyi analitik məqalə müsabiqəsinin 1-ci mərhələsi başa çatıb. Aşağıdakı müəlliflər 1-ci turun qalibləri olublar:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin \"Azərkosmos\" Açıq Səhmdar Cəmiyyəti və Amerika Birləşmiş Ştatları Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında \"Azərspace-2\" telekommunikasiya peyk layihəsi ilə əlaqədar texniki-iqtisadi əsaslandırma hazırlanmasına dair Qrant Müqaviləsi bağlanıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) İnformasiya Texnologiyaları Universitetinə (İTU) qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüş keçirilib.
Kompüter Oyunları üzrə VIII Azərbaycan Milli Çempionatı artıq başa çatır. Bu gün – avqustun 29-da “JW Marriott Absheron Baku” mehmanxanasında final mərhələsinin qalibləri mükafatlandırılacaq.