Dövlət başçısı “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib.
Azərbaycanda \"Twitter\" istifadəçiləri arasında ən çox izləyicisi olan şəxslərin siyahısı müəyyənləşdirilib. \"Qafqazinfo\"nun məlumatına görə, siyahı www.aztwi.com (On Mindən Çox İzləyicisi Olan İstifadəçilərin Analizi) saytının göstəricilərinə əsasən hazırlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mobil rabitə operatorlarından ödəmə kartı əldə edib sonradan iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş şəxslərə xəbərdarlıq edib.
Son vaxtlar sosial şəbəkələrdən birində Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubovun adına daha bir saxta profil açılıb. Bir müddət əvvəl də Ramil Usubovun adına \"Facebook\" iki saxta profil yaradılmış və həmin profillərdə müxtəlif məzmunlu məlumatlar yerləşdirilmişdi. Sonradan onları yaradanlar müəyyən edilərək barələrində müvafiq tədbir görülüb.
Azərbaycanın \"Sinam\" şirkəti \"IBM Business Partner Solution Provider\" statusunu alıb. \"ICTnews\" xəbər xidməti şirkətin saytına istinadən verdiyi məlumata əsasən, bu status şirkətin fəaliyyətinin və bazardakı müvəffəqiyyətlərinin nəticəsidir.
\"Wikipedia\" virtual ensiklopediyası Azərbaycanla bağlı obyektiv və dolğun məlumatlarla zənginləşdiriləcək. Belə ki, \"İKT ili\" çərçivəsində hazırlanan Tədbirlər Planında \"Ölkəmizə dair kontentin və \"Wikipedia\" kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi üzrə tədbirlərin görülməsi\" yer alıb.
Təhsil Nazirliyində \"Peşə Seçiminə Dəstək Sistemi\" (PSDS) portalının ( www.psds.edu.az ) təqdimatı olub. Təhsil işçilərinin, türkiyəli mütəxəssislərin iştirak etdikləri təqdimat mərasimində Azərbaycanın təhsil naziri Misir Mərdanov Prezident İlham Əliyevin təhsilin, o cümlədən peşə təhsilinin inkişafına böyük önəm verdiyini bildirib.
\"Azərpoçt\" Məhdud Məsuliyyətli Cəmiyyəti yeni elektron məlumat bazasını formalaşdıraraq cəmiyyətin istifadəsinə təqdim edib. Bu barədə \"xeberler.az\" saytına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı və \"Böyük İpək Yolu\" Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradovun növbəti dəfə \"Facebook\" sosial şəbəkəsindəki şəxsi səhifəsi və \"Twitter\" hesabı üzrə dostları ilə görüşü keçiriləcək.
Azərbaycanda İT sektorunun gəlirləri 10 ildən sonra ölkənin ümumi daxili məhsulunun təxminən 10%-ni təşkil edəcək. Bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. O.Gündüzün fikrincə, ölkədə İKT sahəsində bir sıra tədbirlər görülsə də
\"Hələlik Azərbaycan ictimaiyyəti yeni medianın bütün təfərrüatını tam şəkildə dəyərləndirə bilmir. Bu, artıq yeni fenomendir, yeni texnologiyadır\".
Hesab edirəm ki, 1-2 milyon sərmayə qoyub mağaza açan və ayda 2-3 min manat qazanmaq əvəzinə, ayda 20-50 və hətta 100 min manat qazanmaq hər bir kəs üçün daha maraqlı olardı. Bu imkanlar isə yalnız innovativ seqmentdə mövcuddur.
\"Elektron imza\"nın alınması ilə bağlı müraciətlər artıq \"Azərpoçt\" MMC-nin şöbələrində də qəbul olunur.
Dilmanc\" layihəsi çərçivəsində mətnin səsləndirilməsi sisteminin yeni versiyası istifadəyə verilib.
Hər bir Mərkəzi icra orqanı üzrə Elektron xidmətlər bölməsində kütləvi və sosial əhəmiyyət kəsb edən xidmətlərin siyahısının da yerləşdirməsi Təkliflərdə öz əksini tapıb.Elektron formada təqdim olunan xidmətlərlə bağlı daha az vaxtın tələb olunması