Kompüterin nə qədər ömrü var? Gündəlik həyatımızda lazımi vasitəyə çevrilən kompüter ofis, ev, məktəb, ticarət, səyahət və digər yerlərdə çox önəmli bir rol oynayır. Son zamanlar inkişaf etməyə başlayan kompüter sektoru müəssisələrdən müstəqil istehsala keçməsi ilə demək olar ki, hər evə daxil olub. Hətta bu gün bir çox evlərdə 2, bəzən də 3 kompüterə rast gəlmək mümkündür. Müasir dövrdə hər bir insanın kompüterə ehtiyacı var. Lakin digər texnika kimi, kompüter alarkən də ona diqqətlə yanaşmaq lazımdır.
Bu il ərzində Balakən rayonunun bütün kəndlərinin sürətli internetlə təmin olunması nəzərdə tutulur. Balakən Telekommunikasiya Qovşağından verilən məlumata görə, əhaliyə rabitə xidmətlərinin göstərilməsi sahəsində Qazbinə və Püştətala elektron telefon stansiyaları üçün yeni binanın tikintisinə başlanılıb.
Xeberler.az saytı xəbər verir ki, \"Jalə\" şirkətinə məxsus jale.az saytı hakerlər tərəfindən hücuma məruz qalıb.
“Şərq Tərəfdaşlığı” ölkələrinin orta məktəbləri Avropanın 33 ölkəsindən 100 minədək məktəbi birləşdirən \"eTwinning\" virtual məktəb şəbəkəsinə qoşulacaq.
İnternet televiziyaların lisenziyalaşdırılmasına qətiyyən ehtiyac yoxdur. Birincisi, bilinmir ki, nəyin tənzimlənməsindən söhbət edirlər. Məsələn, oflayn televiziyalarda məlumdur ki, dövlətə məxsus olan tezlik var. Tezlik resursu məhdud olduğuna görə,
2013-cü ilin ilk iki ayının yekunları Windows 8 əməliyyat sisteminin kompüterlərdə quraşdırılmasında artımın müşahidə olunmasını göstərib.
\"Ookla\" şirkəti \"Speedtest.net\" xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürəti barəsində növbəti reytinq tərtib edib. Şirkətin \"NetIndex\" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 3,74 Mbit/saniyə təşkil edir.
“O2″ telekommunikasiya şirkəti istifadəçilərə planşet, kompyuter və smartfonlardan istifadə edərək müxtəlif şəxslərə zəng etmək və zəng qəbul etməyə icazə verən yeni applikasiya təqdim edib.
BestComp Group” şirkəti “Cisco” şirktəinin MDB ölkələri üzrə ən yaxşı premyer-partnyoru seçilib. “BestComp Group” şirkətindən bildirilib ki, artıq neçə ildir ki, “Cisco” şirkəti ilə uğurlu əməkdaşlıq edilir.
Bu ilin əvvəlinə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında hər 100 ailəyə düşən sabit telefonların sayı 66-ya çatıb.
Azərbaycanda internet kifayət qədər sərbəstdir və bu sahədə hər hansı problem ola bilməz. Bu barədə Gün.Az-a millət vəkili Aydın Mirzəzadə ölkədə internet azadlığı ilə bağlı danışarkən deyib.
\"Netcraft\" analitik şirkətinin mart hesabatına əsasən, internetdə 631521198 sayt fəaliyyət göstərir.
Moskvanın «Vnukovo» hava limanında sərnişinlər reysə qeydiyyatdan keçəndən sonra yeni xidmətdən yararlanaraq təyyarəyə minik başlayanadək planşet kompüterlərdən istifadə edə biləcəklər.
Azərbaycanın Rabitə və İnformasiya Texnologiya Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) mobil cihazlarda istifadəsi üçün nəzərdə tutlmuş elektron-rəqəmsal imzaların sertifakatların verilməsinə başlayıb.