Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi Sumqayıtda NGN texnologiyasının tətbiqi ilə bağlı yeni tender keçirir.
Şərh: 0NGN texnologiyası istifadəçilərə İP-TV, video telefon, İnternetə sürətli qoşulma ilə yanaşı, əlavə 21 növ servis xidmətlərindən istifadə etmək imkanı verir.
Şərh: 0Azərbaycanın aparıcı mobil operatoru «Azercell Telekom» «Insan Qaynaqlarına Sərmayə Yatırımı» üzrə Beynəlxalq Standart (IIP-Investors In People) Sertifikatına layiq görülüb.
Şərh: 0Gənclər və İdman Nazirliyinin təşəbbüsü, gənclər təşkilatlarının, ali və orta ixtisas təhsili müəssislərində fəaliyyət göstərən tələbə-gənclər təşkilatlarının fəal iştirakı ilə keçirilən internet aksiya artıq 3 ildir ki, hər il 31 mart tarixində təşkil edilir. Bu il keçirilən aksiya şərti olaraq “Gənclər terror əleyhinə” internet aksiya adlanır.
Şərh: 0“Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində “Azərpoçt” Dövlət Müəssisəsi tərəfindən korporativ informasiya şəbəkəsinin tətbiqi bu ilin sonunda başa çatacaq.
Şərh: 0“Azercell Telekom” MMC-nin martın 1-dən etibarən start verdiyi “Sms şans” lotereya kampaniyasının üçüncü və dördüncü tirajları keçirilib. “Azercell”dən SİA-ya verilən məlumata görə, hər iki tirajda şirkətin 600 abonenti 30 manat, 60 nəfər 300 manat, 2 abonent isə 3000 manatın sahibi olub.
Şərh: 0Dəmir yolu stansiyalarında Aprelin 1-dən Xudat və Xaçmaz dəmir yolu stansiyalarında avtomatlaşdırılmış bilet satışının tətbiqinə başlanacaq.
Şərh: 027-29 mart tarixlərində Qafqaz Universitetində keçirilən “Barcamp Caspian 2009” qeyri-rəsmi konfransı baça çatdı.Konfrans iştirakçıları üçün dünən Barcamp təşkilatçıları tərəfindən xüsusi əyləncəli tədbir hazırlanıb.
Şərh: 0