Şimal bölgəsində də qatarlara bilet kompüterlərlə satılacaq

31-03-2009 / 13:38

Dəmir yolu stansiyalarında Aprelin 1-dən Xudat və Xaçmaz dəmir yolu stansiyalarında avtomatlaşdırılmış bilet satışının tətbiqinə başlanacaq.

Azərbaycan Dövlət Dəmir Yolunun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Lent.az-a bildirib ki, hazırda avtomatlaşdırılmış bilet satışı sisteminin genişləndirilməsi prosesi davam edir. Onun sözlərinə görə, ADDY-nin Sərnişin Daşıma İstehsalat Birliyi tərəfindən sərnişinlərə göstərilən xidmət mədəniyyətinin səviyyəsi yüksəldikcə bu sahədə yeni dəyişikliklərə zərurət yaranır.

Qeyd edək ki, Azərbaycanda bilet satışının kompüterləşməsinə 1997-ci ildə Bakı sərnişin vağzalından başlanıb. Hazırda bu proses digər dəmir yolu stansiyalarında davam etdirilir. Bütövlükdə kompüterləşmə sisteminin 2010-cu ildə başa çatdırılması nəzərdə tutulur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə