Yanvarın 13-də Bakıda Azərbaycan-Estoniya İKT forumu keçiriləcək. Azərbaycandan 60-dək, Estoniyadan isə 20-dək şirkət və təşkilat iştirak edəcək forumun məqsədi iqtisadi sahədə ölkələrarası əlaqələrin genişləndirilməsi, ölkələrin İKT sahəsindəki inkişaf vəziyyəti barədə məlumat mübadiləsinin aparılması və birgə əməkdaşlıq istiqamətləri və layihələrinin müzakirə edilməsidir.
Şərh: 0Azərbaycanın CDMA operatoru olan «CATEL» şirkəti ötən ilin dekabr ayı ərzində «FONEX» ticarət nişanına aid «qızıl nömrələr»in sahibləri üçün keçirdiyi 50%-lik endirim kampaniyasının vaxtını bu ilin yanvarın sonunadək uzadıb.
Şərh: 0Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, bu il “elektron imza”nın tətbiqinə şərait yaratmaq üçün müvafiq infrastrukturun qurulması və Milli Sertifikat Xidməti Mərkəzinin formalaşdırılması həyata keçiriləcəkdir.
Şərh: 0Azərbaycan hökuməti ilə Dünya Bankının (DB) birgə həyata keçirdiyi “Maliyyə xidmətlərinin inkişafı” layihəsi cari ildə davam etdiriləcək və 450 poçt şöbəsini əhatə edən müasir informasiya şəbəkəsi yaradılacaqdır.
Şərh: 0İl ərzində AzSigorta sığorta şirkəti Azərbaycanda internet-sığortalama xidmətini təqdim etmək niyyətindədir.
Şərh: 0Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 2009-cu ildə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində həyata keçiriləcək layihələr barədə məlumat verib.
Şərh: 0Yaxın günlərdə ölkəmizin bütün ümumtəhsil məktəbləri üzrə işlərin başa çatdırılacağı gözlənilir. Bundan əlavə, sistemin veb-versiyasını da yaratmaq planlaşdırılır.
Şərh: 0İnformasiya kommunikasiya texnologiyalarının həyatımıza sürətlə nüfuz etdiyi bir dövrdə biz də İKT portalı olaraq yeni ilin xalqımız üçün inkişaf və tərəqqi ilə dolu bir il olmasını diləyirik!!!
Şərh: 0Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi təkliflər paketini gələn həftə Tarif Şurasına tətbiq edəcək.
Şərh: 0Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, ölkədə stasionar telefonların çəkilişi üçün tələb olunan ilkin məbləğin kreditlə ödənilməsi barədə təkliflər hazırlanır.
Şərh: 0