Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi təkliflər paketini gələn həftə Tarif Şurasına tətbiq edəcək.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Bakı Telefon Rabitəsi İstehsalat Birliyi şəhərdaxili stasionar telefon danışıqlarında vaxt limitinin tətbiqi ilə bağlı yenidən təkliflər hazırlayır. RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun dediyinə görə, təkliflər paketini gələn həftə Tarif Şurasına tətbiq edilməsi nəzərdə tutulur.
M.Əmirov bildirdi ki, ilin sonunda BTRİB şəbəkəsinin tam rekonstruksiyası başa çatandan sonra vaxta görə ödəniş sisteminə keçiləcək: “Lakin təkliflər paketini Tarif Şurası qəbul edərsə, gələn il də limitin tətbiq edilib-edilməyəcəyi bilinmir. Ola bilsin ki, bir neçə il hazırlıq ketsin, limit ilk olaraq mərhələ-mərhələ, daha sonra bütövlükdə respublika ərazisinə tətbiq olunsun».
Qeyd edək ki, RİTN-in şəhərdaxili telefon danışıqlarında limitin tətbiqi ilə bağlı Tarif Şurasına ötən il təqdim etdiyi təkliflər qəbul edilməyib. Həmin paketdə aztəminatlı əhali üçün 450 dəqiqə ödənişsiz limiti tətbiqi təklif olunurdu.
Osman Gündüz: «Telefonlara limit tətbiq edincə, yeni pullu xidmətlər təşkil etsinlər»
«Multimedia» İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüzün fikrincə, Azərbaycanda hazırda şəhərdaxili telefon danışıqlarında limitin tətbiqi üçün real şərait yaradılmayıb: “Nazirlik artıq dördüncü dəfədir ki, belə bir təkliflə çıxış edir. Onun üçünü Tarif Şurası rədd edib, inşallah, bu dəfəkini də geri qaytarar. Əslində, bu, ədalətli metoddur. Burada Rusiya, Estoniya və digər Avropa dövlətlərini misal gətirə bilərlər. Həmin dövlətlər bu metodun tətbiqindən öncə uzun bir yol keçiblər. Məsələn, adını çəkdiyim dövlətlərdə internet infrastrukturu telefon infrastrukturu üzərində oturmayıb. Amma bizdə əksinədir. Telefon xətti kəsilərsə, internet olmayacaq. Deməli, infrastruktur həll olunmayıb. Bundan başqa, insanların sosial vəziyyətini də nəzərə almaq lazımdır. Əhalinin 14 faizi yoxsulluq həddində yaşayır. Xüsusən pensiyaçıların, əlillərin qoyulacaq tarifləri ödəmək imkanı olmayacaq. Halbuki telefon xidmətindən də ən çox onlar istifadə edir”.
O.Gündüz əlavə etdi ki, ödənişlı system bəzi kommersiya müəssisələrinin fəaliyyətində axsamalar yaradacaq: “Telefon xidmətindən istifadə edərək, öz kiçik sahibkarlıq fəaliyyətini quran müəssisələr var. Məsələn, qəzet və informasiya agentliklərinin redaksiyaları, alqı-satqı müəssisələri və s. qurumlar telefondan çörək qazanırlar. Nazirlik bildirir ki, rabitə ilə bağlı gəlirlər kifayət qədər yüksəkdir. O zaman limit tətbiq edib, tarifləri qaldırmağa nə ehtiyac var? Mən təklif edərdim ki, informasiya texnologiları ilə bağlı dünyada mövcud olan yeni xidmətləri Azərbaycana gətirib, bunlardan gəlir əldə etsinlər”.www.bizimyol.az
xeberler.az/Ellada
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri