"Bu gün dünyada amansız bir informasiya müharibəsi gedir. Azərbaycan bu müharibənin mərkəz hissələrində dayanır. Bizə qarşı olan bu müharibə ədalətsiz müharibədir." Bu sözləri çərşənbə günü Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Prezident Kitabxanasında keçirilən Azərbaycan tarixi kitablarının elektron versiyasının təqdimat mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib.
Şərh: 0Azərbaycan Sənaye Bankı (ASB) “Xalq kompüteri” layihəsinin maliyyələşdirilməsi məqsədilə layihənin operatoru BestComp Group şirkəti ilə əməkdaşlığa başlayıb. “Xalq kompüteri”nə dəstək çərçivəsində ilkin maliyyə vəsaitləri artıq şirkətə təqdim olunub. Bu barədə ASB-nin məlumatında bildirilir.
Şərh: 0Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən təşkil olunmuş festival “2008-2012-ci illərdə Azərbaycan Respublikasının Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilir.
Şərh: 0“Gənc informatiklər” müsabiqəsinin Qafqaz Universitetində final mərasimi keçirilib. Ümumilikdə Sumqayıt şəhərindən, Abşeron, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba və Qusar rayonlarından olan 131 nəfər şagird və tələbənin iştirak etdiyi final mərhələsində iştirakçılar öz işlərini Münsiflər Heyəti qarşısında müdafiə ediblər.
Şərh: 0Ərizəçilərdən 242 nəfəri internet səhifələrin, 226-sı təqdimat işlərinin, 67-si bloqların hazırlanması üzrə müsabiqədə iştirak edib, 72 nəfər ibtiadi sinif şagirdi isə mətn yığıcılığı üzrə mübarizə aparıb.
Şərh: 0Bu gün Bakıda Azərbaycanın www.b2b.az elektron ticarət portalının təqdimat mərasimi keçirilib. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) birgə dəstəyi ilə yaradılmış portalın məqsədi respublikada elektron ticarət sahəsinin inkişafının intensivləşdirilməsidir.
Şərh: 0“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları müəyyən eilmişdir. Ekspertlərin və Münsiflərin qiymətləndirməsi əsasında 810 iddiaçı layihədən 89 nominant seçilmişdir. Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsindən verilən xəbərə görə, müsabiqənin beş nominasiyası üzrə qaliblər həmin 89 nominant sırasından seçiləcəkdir.
Şərh: 0Üç mərhələdə həyata keçirilən proqramın yekunu olaraq eyni adlı kitabça hazırlanaraq nəşr edilmişdir.
Şərh: 0AEGEE-Bakı Avropa Tələbələr Forumu tərəfindən Soros fondunun dəstəyi ilə 4-6 iyun tarixlərində Bakı Jurnalistika məktəbində keçirilən YazYay təlimi yekunlaşdı. Təlimdə 18 gənc iştirak edirdi. Məqsəd bloq yaratmaq və yazmaq istəyən, lakin bunun yollarını bilməyən, internetdən səmərəli istifadə etməyi öyrənməyi arzulayan gəncləri, tələbələri, gənc jurnalistləri maarifləndirmək idi.
Şərh: 0Proqramda nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məqsədilə iclasda ən qısa müddətdə aidiyyəti dövlət idarələrinin məsul nümayəndələrindən ibarət Əlaqələndirmə Şurasının yaradılması qərara alınıb.
Şərh: 0