Elektron hökumətin formalaşmasına həsr olunmuş iclas keçirilib

08-06-2010 / 09:11

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Nazirlər Kabineti tərəfindən 2010-2011-ci illər üçün təsdiq edilmiş ölkədə “Elektron hökumətin” formalaşması üzrə Fəaliyyət Proqramının icrasına həsr olunmuş iclas keçirilib.

Sənədə əsasən, Fəaliyyət Proqramının əlaqələndirici-orqanı kimi RİTN müəyyən edilib. Qabaqcıl texnologiyalardan istifadə etməklə elektron hökumətin formalaşması Azərbaycan vətəndaşlarının həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradılması istiqamətində mühüm rol oynayacaq.


İclasda dövlət orqanları arasında qarşılıqlı əlaqələr, Fəaliyyət Proqramının müddəalarının icra mexanizmləri, eləcə də Fəaliyyət Proqramının normativ-hüquqi bazasının formalaşması, dövlət idarəçiliyində İKT-nin tətbiqi, elektron hökumət infrastrukturunun əsas komponentlərin yaradılması, dövlət sektorunda elektron xidmətlərin tətbiqi və inkişafı, mütəxəssislərin İKT sahəsində hazırlıq səviyyəsinin artırılması, elektron hökumət infrastrukturunun təhlükəsizliyi, ölkədə rəqəmsal geriliyin azaldılması kimi əsas istiqamətləri müzakirə olunub.

Proqramda nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məqsədilə iclasda ən qısa müddətdə aidiyyəti dövlət idarələrinin məsul nümayəndələrindən ibarət Əlaqələndirmə Şurasının yaradılması qərara alınıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə