İnformasiya Texnologiyaları sahəsində fəaliyyət göstərən E-SYSTEMS şirkəti ilə DəmirBank ASC‑nin əməkdaşlığı çərçivəsində Azərbaycanda ilk dəfə olaraq proqram təminatının hazırlanması istiqamətində korporativ müştərilərə və fərdi sahibkarlara kreditlərin verilməsinə başlanmışdır. Yeniliyin əsas üstünlüklərindən biri isə kredit şərtlərinin digər sahələrə ayrılan kreditlərə nisbətən güzəştli olmasıdır
Şərh: 0Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) Gənclər və İdman Nazirliyi ilə birgə “Virtual Qarabağ” adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması tapşırılıb.
Şərh: 0Azərbaycan Maliyyə Nazirliyi ölkənin sığorta bazarında elektron imzanın tətbiqi üçün müvafiq qanunverici baza hazırlayır. Bu barədə maliyyə naziri Samir Şərifov bildirib.
Şərh: 0Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üçün Biznes Məsləhət Xidmətləri Proqramı (BMX) ilə E‑SYSTEMS şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən BMX proqramı E‑SYSTEMS şirkətinin kiçik və orta biznesə mənsub olan korporativ müştərilərinə maliyyə dəstəyi göstərir.
Şərh: 02011-ci il avqust ayının 1-dən etibarən Azərbaycan ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün yeni zona kodlarının tətbiqinə başlanması planlaşdırılır. Bu barədə məlumat Rabitə və İnformasiya Nazirliyinin rəsmi saytında yer alıb.
Şərh: 0Qarabağ Fondu ABŞ tarixində ilk dəfə olaraq Qarabağa həsr olunmuş poçt markaları çap etdi. Satış üçün nəzərdə tutulan bu poçt markaları Qarabağ: \"Keçmişə və Gələcəyə Baxış\" layihəsinin bir hissəsidir.
Şərh: 0Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan 2011-2025-ci illər üçün Azərbaycanın iqtisadi inkişafının uzunmüddətli strategiyası şəbəkə hazırlığı indeksinin 2025-ci ilə qədər 3,75 faizdən 5 faizə çatdırılmasını nəzərdə tutur. Məlumat üçün bildirək ki, 2009-cu ildə şəbəkə hazırlığı indeksi 3,75 faiz təşkil etmişdir.
Şərh: 0Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi \"Elektron hökumət\"in qurulması Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında qarşılıqlı əlaqənin təmin olunması üzrə işləri başa çatdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü rabitə və informasiya texnologiyaları nazirini müavini Elmir Vəlizadə bildirib.
Şərh: 0Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədar və ölkədə sahibkarlığın sürətlə inkişaf etdirilməsi, daha əlverişli biznes mühitinin formalaşdırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədilə tətbiq edilən sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının “Bir pəncərə” prinsipinin davamı olaraq E-qeydiyyat Vergilər Nazirliyi tərəfindən həyata keçirilən mühüm layihələrdən biridir.
Şərh: 0Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə ikinci \"qaynar xətt\" açıb. Bu barədə cümə axşamı nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov bildirib.
Şərh: 0