Azərbaycanda ilk dəfə IT layihələriniz üçün kredit

08-07-2011 / 12:33

İnformasiya Texnologiyaları sahəsində fəaliyyət göstərən E-SYSTEMS şirkəti ilə DəmirBank ASC‑nin əməkdaşlığı çərçivəsində Azərbaycanda ilk dəfə olaraq proqram təminatının hazırlanması istiqamətində  korporativ müştərilərə və fərdi sahibkarlara kreditlərin verilməsinə başlanmışdır.

Yeniliyin əsas üstünlüklərindən biri isə kredit şərtlərinin digər sahələrə ayrılan kreditlərə nisbətən güzəştli olmasıdır:

Məbləğ (AZN)

Müddət (ay)

Faiz

Təminat

1000 - 5000

12 - 18

29 %

İki zamin, mal qalığı, biznes avadanlıqları, ev əşyaları

5000 - 10000

12 - 24

27 %

Daşınmaz əmlak, nəqliyyat vasitəsi və ya saxlanc girov, iki zamin, mal qalığı, biznes avadanlıqları, ev əşyaları

10000-dən yuxarı

12 - 36

25 %

Daşınmaz əmlak, nəqliyyat vasitəsi və ya saxlanc girov

Sözügedən kreditləşmə  özəl sektorda İT  həllərin tətbiqinin sürətlənməsinə gətirib çıxararacaqdır.  Belə ki, indiyə qədər olan təcrübədə şirkətlər və fərdi sahibkarlar hər hansı İT məhsulunu əldə etmək üçün tam ödəniş etməli idilər və bu çoxlarının imkanı xaricində olduğu üçün əksər İT-ideyalar gerçəkləşməmiş qalırdı. İndi isə həcmindən asılı olmayaraq istənilən proqram məhsullarının kreditlə əldə edilməsi  E-SYSTEMS - DəmirBank ASC əməkdaşlığı çərçivəsində reallığa çevrilmişdir.

Kreditləşmə aşagıdakıları əhatə edir:
-          Elektron biznes
-          Elektron ticarət
-          Elektron sənəd dövriyyəsi
-          Menecment informasiya sistemləri
-          Mühasibatlıq
-          Maliyyə təhlili və hesabatlılıq
-          Büdcə planlaşdırılması
-          İnsan resurslarının idarə olunması
-          Layihələrin idarə olunması
-          İnventar və ambar uçotu
-          Vebsaytların və portalların(İnternet/İntranet) yaradılması
-          Real vaxt rejimində müştəri xidmətləri
-          İT-konsaltinq
-          İT-infrastrukturun yaradılması
-          İT-autsoursinq
-          Və digər oxşar İT-həllər.

 Ətraflı məlumatla  www.e-systems.az  saytında tanış ola bilərsiniz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə