Pensiyaçılar təqaüdlərinin köçürülməsi haqda SMS vasitəsilə bilgiləndiriləcək. Bir müddət öncə avtomatlaşdırılmış pensiya islahatlarının davam etdiriləcəyini açıqlayan Dövlət Sosial Müdafiə Fondu həmin islahatlar çərçivəsində martdan etibarən bu yeniliyin tətbiq ediləcəyini bildirib.
Şərh: 0Bu ilin ortalarından etibarən Azərbaycana rəqəmsal yayımın tələblərinə cavab verməyən televizorların idxalının dayandırılması nəzərdə tutulur. Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, artıq bununla bağlı bir sıra hüquqi və texniki məsələlər hökumətin müvafiq strukturları ilə razılaşdırılıb. Rəylər toplanıb və prosedurların hazırlanması üçün tapşırıqlar verilib.
Şərh: 0Milli Televiziya və Radio Şurası ümumrespublika televiziya yayımçıları üçün 22 min manat, regional televiziya yayımçıları üçün 3-5 min manat, ümumrespublika radio yayımçıları üçün 10 min manat, regional radio yayımçıları üçün min-2 min manat, abonentlərinin sayı 5000 olan kabel yayımçıları üçün min manat, abonentlərinin sayı 10 mindən yuxarı olan kabel yayımçıları üçün 5 min manat, abonentlərinin sayı 50 mindən yuxarı olan kabel yayımçıları üçün 20 min manat lisenziya dəyərinin müəyyənləşdirilməsini təklif edib.
Şərh: 0Cari ilin birinci ayı ərzində Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT), informasiya və poçt sektorunun ümumi gəlirləri 92,9 milyon manat təşkil edib. Xeberler.az portalının Rabitə və informasiya nazirliyinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssislərinin hesablamalarına görə, ötən ilin həmin dövründə əldə olunan 76,6 milyon manatlıq göstərici ilə müqayisədə müvafiq gəlirlər 21,6 faiz artıb.
Şərh: 0Ob RCom şirkətinin rəhbəri Seymur Məmmədov IMEI sisteminin işə salınması layihəsini nizama salan sənədin hazırlanması üzrə işlərin bitdiyi söyləyib.Sistemdə inteqrator funksiyalarını yerinə yetirən RCom-un Azərbaycan şirkətləri içərisində sistemdə texniki düzülüş aparan struktur seçilmişdi. S.Mamedovanın sözlərinə görə, sənəddə ən əsas iş hökumətin razılığını almaq və sonra qeydiyyat sisteminin işə salınması üzrə işlərin yeni mərhələyə daxil etməkdir.
Şərh: 0Azərbaycan mobil telefon tarifinin bahalılığına görə MDB ölkələri arasında üçüncü yerdədir. “İqtisadi forum” jurnalının Rusiyanın “Rossiya” kanalına istinadən verdiyi məlumatda belə deyilir. Xəbərə əsasən, ölkə sakinlərinə mobil telefonla danışığın hər dəqiqəsi təxminən 12 sentə başa gəlir.MDB-nin mobil rabitə bazarlarının araşdırılması nəticəsində bəlli olub ki, ən ucuz mobil rabitə qiymətləri Özbəkistan, ən bahalı qiymətlər isə Gürcüstandadır. Özbəkistanda mobil danığışın hər dəqiqəsi üçün iki sent, Gürcüstanda isə təxminən 15 sent ödəmək lazım gəlir.
Şərh: 0Azərbaycanın milli peykinin istehsalı ilə bağlı işlər qrafikə uyğun davam edir. Hazırda peykin detalları istehsal olunur. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, işlər qaydasında getsə, peyk gələn ilin sonlarında orbitə çıxarılacaq.
Şərh: 0Azərbaycanda İKT-in sektoru İlham Əliyevin prezidentliyi dövründə coşqun inkişaf dövrünü yaşamağa başladı. Cenevrədə 2003-cü ildə, informasiya cəmiyyətinin düzülüşü problemlərinə həsr edilmiş
Şərh: 0ABŞ-ın Cənubi Kaliforniya Universitetinin professoru Martin Gilbertin başçılığı altında tədqiqatçılar qrupu 1986-2007-ci illər arasındakı müddət ərzində informasiyanın saxlanılması, emalı və ötürülməsi üzrə 60 əsas texnologiyanın inkişafını təhlil edib.Xeberler. az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədqiqatçılar qrupu belə nəticəyə gəlib ki, bəşəriyyətin ümumi informasiya həcmini 295 eksabayt qiymətləndirmək olar.
Şərh: 0Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumu (İKGF) v «Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyi «Xocalıya ədalət» beynəlxalq təşviqat kampaniyasının on-line fəaliyyətinin təqdimatını keçirib. Icmanın rəhbəri Bayram Səfərov Xocalı soyqırımını dünya tarixində ən qanlı qırğın adlandırıb, bir gecədə 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirildiyini söyləyib. O bildirib ki, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün dünyanın bir neçə ölkəsində icmanın nümayəndəlikləri yaradılacaq.
Şərh: 0