Azərbaycanda televizorların idxalına məhdudiyyət qoyulacaq

07-03-2011 / 22:08

Bu ilin ortalarından etibarən Azərbaycana rəqəmsal yayımın tələblərinə cavab verməyən televizorların idxalının dayandırılması nəzərdə tutulur. Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, artıq bununla bağlı bir sıra hüquqi və texniki məsələlər hökumətin müvafiq strukturları ilə razılaşdırılıb. Rəylər toplanıb və prosedurların hazırlanması üçün tapşırıqlar verilib.

Hökumətdə bu addımın ölkə ərazisində televiziya kanallarının rəqəmsal yayıma keçidi məqsədi ilə atıldığı söylənilir. Rəqəmsal yayıma keçidlə bağlı dövlət proqramının tərkib hissəsi olan bu tədbirlərin ölkədə televiziya qəbuledicilərinin qiymətində hər hansı bir bahalaşma yaradacağı proqnozlaşdırılmır.

Nazirlər Kabinetindən o da bildirilib ki, yaxın bir-iki ilə peyk antenalarının da ölkəyə idxalının dayandırılması gözlənilir. Eyni məqsəd daşıyan bu addımda məqsəd rəqəmsal yayımın əhatə dairəsini genişləndirmək və kabel televiziyasını inkişaf etdirməkdir. Bu proses çərçivəsində binalarda vətəndaşların qurduğu çanaq antenalarının kollektiv antenalarla əvəzlənməsi həyata keçiriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə