Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) \"Anti-Phishing Working Group\" (APWG ) beynəlxalq təşkilatına üzv olub.
Şərh: 2BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamenti ölkələrin “Elektron hökumət”in inkişaf səviyyəsinə görə yeni “United Nations E-Government Survey 2014: E-Government for the Future We Want” reytinqini dərc etmişdir.
Şərh: 1Bu gün Multimedia Mərkəzi və Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın təşkilatçılığı ilə “Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat” mövzusunda Dəyirmi Masa keçirilib.
Şərh: 0Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib. Toplantıda İctimai - sosial əhəmiyyətli və kütləvi xidmətlərin SİYAHISI” müzakirə edilib.
Şərh: 0Avropa Parlamentində «Azərbaycanda innovasiya və mobil kimlik: Avropaya rəqəmsal inteqrasiyanın yeni növü» mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Azərbaycanda elektron hökumət sahəsində həyata keçirilmiş islahatlar və digər əlaqədar məsələlər müzakirə edilmişdir.
Şərh: 0“Elektron hökumət” portalı vasitəsilə 2013-сü ilin son ayında ən çox istifadə edilən elektron xidmət “Telefon nömrəsi üzrə axtarış” xidməti olub. Belə ki, xidmətdən 62033 dəfə istifadə edilib
Şərh: 0“Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə işlər davam edir.
Şərh: 0“Elektron hökumət” portalı vasitəsilə istifadəçilərin ixtiyarına verilən elektron xidmətlərin sayı sürətlə artır.
Şərh: 0Bu gün Azərbaycandakı dövlət qurumlarının hər birinin rəsmi internet saytı mövcuddur. Ölkədə \"Elektron hökumət\" layihəsinin icra edildiyi bir vaxtda bütün dövlət qurumları çalışırlar ki, rəsmi saytlarını daim aktiv nəzarətdə saxlasınlar. Hətta elə qurumlar və təşkilatlar var ki, onlar vətəndaşları maraqlandıran problemləri onlayn həll etməyi, aylarla növbəyə yazılıb görüşməkdən daha üstün tuturlar.
Şərh: 0Azərbaycanda “Elektron hökumət”in fəaliyyət üçün hüquqi baza respublika prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanı və digər normativ hüquqi aktlar əsasında yaradılıb.
Şərh: 0