Səhmlərinin fərdi satışının təşkili ilə məşğul olmağa məcbur edilən iki şirkət məhkəmədə “Twitter”-dən 124 milyon dollar istəyir.
Şərh: 0Tayvan hakimiyyəti ABŞ-ın “Apple” şirkətindən səhvi düzəltməyi tələb edib: “iOS7” və “OS X 10.9” yeni əməliyyat sistemlərində (ƏS) quraşdırılmış xəritələrdə ada dövləti Çinin ərazisi kimi göstərilib.
Şərh: 0“Google+” sosial şəbəkəsinin aktiv istifadəçilərinin sayı ay ərzində 540 milyona qədər artıb. Bu barədə San-Fransisko şəhərində keçirilmiş mətbuat konfransında “Google” korporasiyasının vitse-prezidenti Vika Qundotra deyib.
Şərh: 019-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı \"Bakutel\" 2-5 dekabrda \"Bakı Expo\" Sərgi və Toplantı Mərkəzində keçiriləcək.
Şərh: 2Xarici İşlər Nazirliyi “Elektron hökumət” portalına qoşulub. Bu xidmət xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasına səfər etməzdən öncə akkreditasiya üçün zəruri olan sənədləri təqdim etməklə akkreditasiyasının XİN tərəfindən təmin edilməsi məqsədilə xarici KİV nümayəndəsinin müraciətinin araşdırılmasını, həyata keçirilməsini və cavablandırılmasını əhatə edir.
Şərh: 0Dünyanın nəhəng smartfon və yaddaş mikrosxemi istehsalçısı “Samsung Electronics” şirkəti elmi tədqiqatlar və işləmələrə (R&D) yatırılan sərmayələrin həcminə görə liderlik edən şirkətlər siyahısında ikinci yeri tutub.
Şərh: 0“ComScore” şirkətinin hesabatına əsasən, Avropa İttifaqında onlayn ticarət saytlarına daxil olan smartfon və digər mobil qurğu istifadəçilərinin sayı son 12 ay ərzində 43% artıb.
Şərh: 0Məlum olduğu kimi 7 – 9 Noyabr 2013-cü il tarixlərində Bakıda Startup Günləri keçiriləcək. Startup Günləri çərçivəsində keçiriləcək tədbirlərə hazırlıq məqsədilə Startup Azərbaycan Təşkilat Komitəsi üzvlərinin , ekspertlərin və mentorların birgə görüşü keçirilib.
Şərh: 0“Yahoo!” şirkəti “Microsoft” korporasiyası ilə axtarış sistemi sahəsində əməkdaşlıq üzrə razılığı pozub və məhkəmə dinləmələri ilə nəticələnib.
Şərh: 0“LinkedIn” peşəkar sosial şəbəkəsi nümayəndəsi bildirib ki, hazırda istifadəçilərin təxminən 38%-i mobil qurğular üzərindən resursa daxil olur.
Şərh: 0