Telefon vasitəsilə onlayn ticarət bir ildə 43% artıb

26-10-2013 / 16:30
 “ComScore” şirkətinin  hesabatına əsasən, Avropa İttifaqında onlayn ticarət saytlarına daxil olan smartfon və digər mobil qurğu istifadəçilərinin sayı son 12 ay ərzində 43% artıb.

İCTnews-un verdiyi məlumata görə, hesabatda Avropanın 5 aparıcı bazarında – Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya bazarlarında mobil telefonlardan istifadəyə dair icmal təqdim olunub.

Aparılan araşdırmaya əsasən, Avropa istifadəçilərinin 20%-i  internet mağazalarının saytlarına smartfonlar vasitəsilə daxil olur, eləcə də internetdə alış-veriş üçün xüsusi proqram təminatından istifadə edir. Bununla yanaşı, onların 14%-i ötən ay ərzində mobil qurğuların köməyi ilə alış-veriş etdiklərini bildirib.
Bundan başqa, mobil satışların ən sürətli artımının qeydə alındığı ölkə İspaniya (66,5% artım) və İtaliya (61, 1%) olub.

Onlayn alışlar edən ən çox smartfon istifadəçiləri Almaniya (9,9 milyon) və Böyük Britaniyadadır (9,7 milyon). 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə