Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti bu gündən etibarən CİN abunəçilərinin kontur sistemindən manat tarif sisteminə keçdiyini elan edib. “APA-ECONOMICS”in məlumatına görə, manat tarifi indiyədək şirkətin “Gold” və “Klass” abunəçiləri üçün tətbiq edilib, bundan sonra isə “Cin” abunəçiləri də bu sistemə qoşulacaq.
Şərh: 0Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, mərhələli seçim nəticəsində seçilən gənclər 2 ay müddətində həm şirkətdə işləyib təcrübə qazanmaq, həm də müvafiq əmək haqqı almaq imkanı qazanırlar.
Şərh: 0Azərbaycanda “Catel” şirkəti Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) və “Azerfon” şirkətinin idarəçiliyinə verilə bilər. ANS PRESS-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Hazırda “Catel”in stasionar rabitə şəbəkəsinin BTRİB-in, mobil telefon şəbəkəsinin isə “Azerfon”un idarəçiliyinə götürülməsi ilə bağlı müzakirələr aparılır.
Şərh: 0Xəbər verdiyimiz kimi, \"Bakcell\" şirkəti matın 5-dən etibarən manat ödəmə sisteminə keçəcək. Bununla bağlı şirkətin rəsmi saytında abunəçilərə məlumat verilib. Xeberler.az portalı həmin məlumatı olduğu kimi təqdim edir. Hörmətli abunəçilər,
Şərh: 0Azercell Telekom MMC fəaliyyətində yeni bir mərhələyə qədəm qoyur. Şirkət danışıq haqqının hesablanmasında yeni sistemə keçir. Artıq SimSim abonentlərin danışıqları konturla deyil, manatla hesablanacaq.
Şərh: 0Azərbaycanda ilk mobil operator olan “Bakcell” şirkətinə Riçard Şirerin baş icraçı direktor vəzifəsinə təyin olunub. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Riçard Şirer dünyanın bir sıra rəqabətli bazarlarında aparıcı telekommunikasiya şirkətlərinin fəaliyyətlərinin idarə edilməsində böyük təcrübəyə malikdir.
Şərh: 0France Telecom, Telefonica və Vodafone şirkətlərinin rəhbərliyi altında Avropanın telekommunikasiya operatorlarından ibarət konsorsium iri internet-şirkətlərin onların şəbəkələrindən keçən trafikinə görə müəyyən ödənişin tutulması tələbi ilə çıxış edib.
Şərh: 0Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil operatorlar artıq pul sistemi tətbiq etməyə başlayacaq. Bununla bağlı artıq, “Bakcell” şirkətində may ayının 5-dən etibarən bu sistemi aktiv etməyi qərara alıb. Bu barədə \"Bakcell\" şirkətindən mobil operator istifadəçilərinə göndərilən mesajda bildirilib. Məlumata görə, bundan sonra danışıq hesablaşmaları qəpiklə aparılacaq. Mayın 5-i tarixənədək abonentlərin yüklədikləri konturlar isə bitənədək qüvvədə qalacaq.
Şərh: 0Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti böyük məmnuniyyətlə elan edir ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tövsiyələrinə əsasən, Rusiya, Birləşmiş Krallıq və Türkiyənin bəzi şəbəkələri daxilində rouminq qiymətlərinə endirimlər edib. İndi Bakcell-in Klass və Gold abunəçiləri həmin ölkələrə səfər edərkən daha sərfəli tariflərlə öz ailə üzvləri, dostları və həmkarları ilə əlaqə saxlaya bilərlər.
Şərh: 0Azərbaycanda ilk mobil operator olan “Bakcell Ltd” MMC Cin abunəçilərinin nəzərinə çatdırır ki, 5 may 2011-ci il tarixdən etibarən danışıqlar üçün istifadə olunan kontur tarif sistemi manat sistemi ilə əvəz olunacaq.
Şərh: 0