Pul sisteminə keçən "Bakcell"də konturların aqibəti necə olacaq?

01-05-2011 / 22:54
Xəbər verdiyimiz kimi, "Bakcell" şirkəti matın 5-dən etibarən manat ödəmə sisteminə keçəcək. Bununla bağlı şirkətin rəsmi saytında abunəçilərə məlumat verilib. Xeberler.az portalı həmin məlumatı olduğu kimi təqdim edir.  Hörmətli abunəçilər,

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tövsiyələrinə əsasən, Bakcell şirkəti Cin abunəçilərini kontur sistemindən manat tarif sisteminə keçirir. Yeni sistem 5 may 2011-ci il tarixindən etibarən qüvvəyə minəcək. Yeni sistemə keçid əvvəlki tarif planlarında və xidmətlərdə heç bir dəyişiklik etməyəcək, sadəcə kontur qiymətləri manat ekvivalenti ilə əvəz olunacaq.

Şirkətin Baş kommersiya direktoru cənab Krasimir Genov qeyd edir ki: “Konturdan manata keçid Azərbaycan bazarında mobil xidmətlərdən istifadə və hesablamaların standartlaşdırılması deməkdir. Bakcell yeni tarif sisteminə keçid prosesinin abunəçilər üçün aydin və rahat şəkildə keçməsi üçün ciddi tədbirlər görüb və xeyli vəsait xərcləyib. Hal-hazırda Klass və Gold abunəçilərimiz üçün manat tarifləri tətbiq edilir. 5 may tarixindən etibarən manat sistemi Cin abunəçilərinə də şamil olunacaq. Yeni sistem Bakcell xidmətlərindən istifadənin rahatlığına təsir göstərməyəcək. Abunəçilərimiz əvvəlki kimi mobil rabitənin bütün üstünlüklərdən faydalana biləcəklər. Bakcell abunəçiləri təklif etdiyimiz qiymət və kampaniyaların Azərbaycan bazarında ən sərfəli olduğuna bir daha əmin olacaqlar.”

Böyük məmnuniyyətlə konturdan manat sisteminə keçid barədə bələdçini Sizə təqdim edirik.
1. Nə üçün manat sisteminə keçilir?

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin göstərişinə əsasən biz kontur sistemindən manat sisteminə keçmişik. Bu dəyişiklik Nazirliyin mobil rabitə xidmətlərinin standartlaşdırılmasını təmin etmək təşəbbüsü ilə əlaqədarr həyata keçirilir.
2. Yeni Sistem nə vaxt qüvvəyə minəcək?

Manat tarifikasiya sistemi 5 May 2011-ci il tarixindən etibarən qüvvəyə minəcək.
3. Bu yeni sistemdə hansı dəyişikliklər olacaq?

Yeganə dəyişiklik ondan ibarətdir ki, kontur vasitəsi ilə əldə edilən bütün mobil xidmətlər indi kontur əvəzinə pul ilə hesablanacaq. Yəni artıq abunəçilərin mobil telefonunun balansına kontur əvəzinə pul yüklənəcək, və abunəçilərin həyata keçirdikləri mobil telefon danışıqları və ya istifadə etdikləri digər xidmətlərin haqqı abunəçinin istifadə etdiyi tarif planına müfaviq olaraq balansından pul ilə çıxılacaq. Xidmətlərdən istifadə etmə, kampaniyalar və digər xidmətlərdən yararlanmada heç bir dəyişiklik olmayacaq
4. Balansımdakı konturlar necə olacaq?

5 May 2011-ci il tarixindən etibarən abunəçilərin balansındakı konturlar əvvəlki tariflərə əsasən istifadə ediləcək. Abunəçi istifadə etdiyi xidmətlərin haqqını balansında olan konturlarla ödəyəcək. Konturlar qurtardıqdan sonra isə bütün istifadə olunan xidmətlər mövcud olan tarifə əsasən - lakin indi pul tarifikasiyası ilə (qəpiklə) hesablanacaq. Beləliklə, abunəçi heç bir şəkildə mövcud olan konturlarını itirməyəcək.
5. Köhnə kontur kartları ilə balansımı artıra bilərəm?

Bəli. Bazarda mövcud olan ödəmə kartları yeni sistemdə də istifadə ediləcək. Ancaq bu kartlarla balansartırma zamanı abunəçinin balansına kontur yox, kartın üstündə göstərilən pul miqdarı yüklənəcək. Məsələn, abunəçi 2 AZN-lik kart yüklədikdə balansına 950 kontur əvəzinə 2 AZN yüklənəcək. Xidmətlər saniyə ilə hesablanacaq və ödəniş qəpiklə həyata keçiriləcək.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə