İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı: 20

“Elektron hökumət quruculuğu sahəsində ciddi problemlər qalır”

04.11.2013 [15:43]

Fontu böyüt:      

“Elektron hökumət quruculuğu ilə bağlı mühüm addımlar atılsa da, son vaxtlar bu istiqamətdə konseptual addımların, infrastruktur işlərinin zəiflədiyi hiss olunur. 2013-2015-ci illərdə inkişaflı ilə bağlı dövlət proqramından da hələlik bir xəbər yoxdur”

“Elektron hökumət quruculuğu ilə bağlı mühüm addımlar atılsa da, son vaxtlar bu istiqamətdə konseptual addımların, infrastruktur işlərinin zəiflədiyi hiss olunur. Elektron hökumət quruculuğunun 2013-2015-ci illərdə inkişaflı ilə bağlı dövlət proqramından da hələlik bir xəbər yoxdur”. Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz “Media forum” saytına belə deyib. 


Osman Gündüz daha sonra bildirib: “Əvvəllər Rabitə və İnformasiya Texnologiyaları  Nazirliyinin nəzdində qapalı və qeyri-şəffaf formada fəaliyyət göstərən elektron hökumət quruculuğu üzrə əlaqələndirmə qurumu vardı. Effektivliyi yetərli olmasa da, vaxtaşırı bu qurumun toplantıları olurdu, fikir mübadiləsi aparılırdı. Elektron hökumət quruculuğu sahəsində müəyyən səlahiyyətlər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinə veriləndən sonra bu əlaqələndirmə qurumunun fəaliyyəti dayandırılıb, yeni əlaqələndirici format isə yoxdur.

Fikrimcə, bu qurumun fəaliyyətinin daha təkmil və yeni  formatda təşkil edilməsinə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin, digər əlaqəli dövlət təşkilatlarının, özəl sektorun iştirakı ilə daimi fəaliyyət göstərən əlaqələndirici bir mexanizm hazırlanmasına ciddi ehtiyac var. Elektron hökumət portalının da informasiya təminatı üzrə idarəetmə mexanizmi təkmilləşdirilməlidir”.

Osman Gündüzün fikrincə, elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın apardığı işlər bu istiqamətdə problemlərin yetərincə olduğunu göstərir: “Hökumətin təsdiqlədiyi 420-dək xidmətdən təxminən 150-si hələ də  elektron formaya keçirilməyib, xidmətlərin 60 faizi portala inteqrasiya olunmayıb, 35 faizi isə elektron xidmətlər reyestrinə daxil edilməyib.
Məlumat bazalarının inteqrasiyası, mühüm əhəmiyyət kəsb edən sosial əhəmiyyətli xidmətlərin elektron formaya keçirilməsi, xidmətlərin keyfiyyəti, bəzi dövlət qurumlarında sadəcə vəsait çatışmazlığı ucbatından elektron xidmətlərin təşkilinin mümkünsüzlüyü kimi problemlər qalmaqdadır. Vahid təşkilati-texniki tələblərin müəyyən edilməsinə çox ehtiyac var. Dövlət informasiya bazaları üzrə vətəndaşlar üçün vahid fərdi identifikasiya nömrəsinin olmaması inteqrasiyaya əngəl yaradan problem kimi qalmaqdadır.

Ümumiyyətlə görünən budur ki, elektron hökumət quruculuğu sahəsində ciddi problemlər qalır və səlahiyyətli qurumların buna ciddi reaksiya verməsinə ehtiyac duyulur”.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar