2012-ci ildə ABŞ-da internet vasitəsilə filmlərə tamaşa etmək sayı ilk dəfə olaraq DVD və Blu-ray kimi daşıyıcılarla filmləri seyr etmək sayını ötəcək
Twitter-in loqotipi olan mavi quşun sirri açıqlandı. Mikrobloqun texniki servis meneceri Rayan Sarverin sözlərinə əsasən Twitter-in loqotipi Larri Bördlə bağlıdı.
“Google” axtarış sistemi Alman memar və dizayner Ludwig Mies van der Rohenun 126 yaşını qeyd edir
Multimedia Mərkəzi tərəfindən “Sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə mexanizmlərinin hazırlanması və İKT- dən istifadə edən müəllimlərin peşəkarlığının artırılmasına dəstək” Layihəsinin icrasına başlanılıb.
İş yerində facebook və digər sosial şəbəkələrdən istifadə olunması, demək olar ki, əksər təşkilatlarda aktual mövzudur. Bu məsələdə şirkətlərin 3 müxtəlif yanaşması var.
Saxta telefonlar hamımız üçün — həm alıcılar, həm satıcılar, həm də dövlət üçün təhlükəlidir. Nəyə görə? Gəlin aydınlaşdıraq.
Nepal ölkəsində homoseksualları müdafiə edən millət vəkili Mark Zuckerbergə müraciət edib O, facebookda qeydiyyat zamanı cinsiyyət hissəsində üçüncü bir variantın olmasını tələb edib
Bu il sentyabrın 12-dən 14-dək Bakıda “Kibernetika və informatika problemləri” mövzusunda IV Beynəlxalq konfrans keçiriləcək
Bu ilin əvvəlindən Azərbaycanın 3 mobil rabitə operatoru müxtəlif kampaniya və bonusların köməyi ilə istehlakçılar uğrunda fəal mübarizə aparırlar. Azercell Telecom daha çox reklam aktivliyi göstərir. Amma kimin abonentlərinin real uduşda olduğunu demək çətindir. Hər necə olursa-olsun, rəqabətli mübarizə nəticəsində xidmət qiymətinin azalması tendensiyası görünür.
Bu ilin əvvəli üçün Azərbaycanda dövriyyədə olan aktiv plastik kart sayı 4,6 mln olub. Maraqlıdır ki, kartların 85%-i ölkədəki 44 bankdan ikisinin payına düşür. Belə ki, Kapitalbank-ın 2,1 mln, Azərbaycan Beynəlxalq Bankının 1,9 mln kartı var. Bu bankların kartlarının mütləq əksəriyyəti pensiya və maaş kartıdır.
Martın 25-də Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “Hackathon Azerbaijan” çərçivəsində həyata keçirilən “Android Erası 2” müsabiqəsinin təqdimat mərasimi baş tutub.
«Sədərək» ticarət mərkəzi özünün virtual resursunu (http://www.sederek.info ) yaradıb. Sayt 5 bölmədən ibarətdir: «Ticarət mərkəzimiz», «Bizi necə tapmalı», «İstirahət», «Əlavə məlumatlar» və «Sədərək firması».
Online tərcümə sistemi olan Dilmanc lüğətlər sistemindən istifadənin sadələşdirilməsi və sürətləndirilməsi üçün yeni funksiyalar əlavə edib. Bu barədə Dilmanc qrupu məlumat verib.
“Azercell Telekom” MMC təqdim etdiyi “Converged Infrastructure Solution” texniki həllinə görə “Hewlett-Packard” (HP) şirkətinin xüsusi sertifikatına layiq görülüb.
Milli Məclisin növbəti iclasında Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib.