Dilmanc imkanlarını genişləndirib

24-03-2012 / 18:28
Onlayn tərcümə sistemi olan Dilmanc lüğətlər sistemindən istifadənin sadələşdirilməsi və sürətləndirilməsi üçün yeni funksiyalar əlavə edib.
 
Bu barədə Xəbərlər-ə Dilmanc qrupu məlumat verib. 
 
Bu yeni funksiyalar lüğətə söz-formanın tətbiqi zamanı tərcümənin istiqamətini avtomatik olaraq müəyyən etməyə imkan verəcək. Eyni zamanda istənilən söz birləşməsini sözbəsöz tərcümə etməyə (hətta bütün cümləni) şərait yaradacaq. 
 
Yeni funksiyalar yeni alqoritmlərin yaradılması nəticəsində meydana çıxıb. Həmçinin, digər elektron tərcümə proqramlarından fərqli olaraq Dilmanc nəinki söz köklərini, həm də söz formalarını da tərcümə etməyə imkan verir. 
 
Bundan başqa, Dilmanc söz bazasını da yeniləyib. 
 
Qeyd edək ki, Dilmancın rus-Azərbaycan və ingilis-Azərbaycan versiyası bu ilin əvvəlində istifadəyə verilmişdi.
 
Xeberler.az
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə