Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, mərhələli seçim nəticəsində seçilən gənclər 2 ay müddətində həm şirkətdə işləyib təcrübə qazanmaq, həm də müvafiq əmək haqqı almaq imkanı qazanırlar.
“Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə may ayının 3-də Bakıda artıq ənənəyə çevrilmiş İnnovasiyalar Günü keçirəcək.
Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməkhaqları artırılacaq. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, həmin işçilərin vahid tarif cədvəli ilə müəyyənləşdirilən aylıq vəzifə maaşları mayın 1-dən orta hesabla 20 % artıralacaq.
Xakerlər tərəfindən oğurlanmış Yaponiyanın “Sony” – Pleysteyşn Netvork (“Playstation Network”) qlobal internet şəbəkəsinin 77 milyon istifadəçisinin kredit məlumatları şifrələnib. Kredit kartlar haqqında məlumatların serverlərdə şifrələnmiş şəkildə saxlanılması cinayətkarların onlardan istifadə etmək imkanını azaldır. Lakin, “Sony” şirkəti bu ehtimalı büsbütün istisna etmir. Hələlik banka kartlardan qeyri-qanuni şəkildə istifadə edilməsi barədə şikayət daxil olmayıb.
Xəbər verdiyimiz kimi, \"Bakcell\" şirkəti matın 5-dən etibarən manat ödəmə sisteminə keçəcək. Bununla bağlı şirkətin rəsmi saytında abunəçilərə məlumat verilib. Xeberler.az portalı həmin məlumatı olduğu kimi təqdim edir. Hörmətli abunəçilər,
Xeberler.az portalının verdiyi xəbərə görə, Google TV-nin 2011-ci ilin yanvar-mart ayları arası maliyyə problemlərinin olduğu ortaya çıxıb.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq 3D formatlı “Cırtdan və Təpəgöz” adlı animasiya filmi çəkilir. Animasiya filminin “Milli kino günü” ərəfəsində (2 avqust) təhvil verilməsi nəzərdə tutulub.
Sərnişinlərin daha çox üstünlük verdiyi, rahat, təhlükəsiz nəqliyyat növlərindən biri də dəmiryol nəqliyyatıdı. Dünyanin inkşaf etmiş ölkələrində dəmiryol nəqliyyatında yemək, içmək, yatmaq xidmətləri ilə yanaşı, sərnişinlər mətbuatla da təmin olunurlar.
Manxettendə keçirilən Nyu-York beynəlxalq avtoşousunda \"Nissan Leaf\" elektromobili ilin avtomobili elan edilib. Bu maşın saatda 144 km sürət yığa bilir və ekioloji cəhətdən təmizdir. Litium-ion bateriyalarının nəticəsində o adi mobil telfonlar kimi öz enerjisini adi elektrik şəbəkəsindən götürə bilir. (RİA Novosti)
\"Samsunq Elektronics\" aprelin 28-dən \"Galaxy S ll\" smarfonlarını satışa buraxıb. Cihaz hələlik ancaq Cənubi Koreyada satılır. Samsung \"Galaxy S\" smarfonunun ikinci versiyası olan \"Galaxy S ll\" may ayından dünyanın 120 ölkəsində satışa çıxarılacaq. (Lenta)
Dünyanın nəhəng proqram təminatı istehsalçısı Microsoft korporasiyasının təmiz mənfəəti 2010-2011-ci maliyyə ilinin III rübündə 30% artaraq, 5,23 milyard dollara çatıb.
Bir müddətdir ki, Azərbaycanın ilk CDMA mobil operatoru olan CATEL şirkətinin (“Fonex” operatoru) ölkə üzrə şəbəkəsində ciddi problem yaranıb. Odur ki, şirkətin minlərlə abunəçisi aldıqları telefonlardan istifadə edə bilmirlər. Hazırda CATEL abunəçilərinin əksəriyyəti aldığı aparatı geri qaytarmaq istəsə də, buna nail ola bilmir.
Kanadanın «Research In Motion» şirkəti əsas məhsulu olan «BlackBerry» smartfonlarının satışında ciddi azalmanın olduğunu açıqlayıb.
France Telecom, Telefonica və Vodafone şirkətlərinin rəhbərliyi altında Avropanın telekommunikasiya operatorlarından ibarət konsorsium iri internet-şirkətlərin onların şəbəkələrindən keçən trafikinə görə müəyyən ödənişin tutulması tələbi ilə çıxış edib.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzində institutun alim və mütəxəssisləri tərəfindən Naxçıvan Muxtar Respublikasının elmi-tədqiqat və təhsil müəssisələrinin aspirant və doktorantlarına distant tədris sistemi vasitəsilə informatika fənninin tədrisinə start verilib.