İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular
Cəmi 7600 nəticə tapildı!

\"CATEL\" iddialara cavab verdi!

26.04.2011 [21:29]

Azərbaycanın rabitə operatoru CATEL-in şəbəkəsində fasilələr texniki xarakter daşıyır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadəaçıqlama verib. Onun sözlərinə görə, şirkət hazırda nasazlıqları aradan qaldırmaq və şəbəkədə işi əvvəlki rejimdə bərpa etmək üçün əlindən gələni edir.

Sony şirkəti S1 və S2 planşetlərini təqdim edib

26.04.2011 [21:28]

Uzun müddət netbuk bazarına laqeyd yanaşan, ancaq sonradan yeniliyi ilə hamını təəccübləndirən Sony şirkəti bu dəfə yeni planşetlərlə yenidən hər kəsi heyran edib. Sony şirkəti Tokioda keçirilən tədbirdə S1 və S2 adlı ilk planşetlərini rəsmən təqdim edib.

Pol Allen Stiv Cobsu “manyak”, Google şirkətini isə “şər”in təcəssümü adlandırıb

26.04.2011 [21:27]

Microsoft korporasiyasının həmtəsisçilərindən biri Pol Allen dünyanın ən nüfuzlu İKT şirkətinin rəhbərini - Stiv Cobsu “manyak”, internet nəhəngi Google şirkətini isə “şər”in təcəssümü adlandırıb.

“Bakcell” mayın 5-də konturlara əlvida deyəcək

26.04.2011 [00:23]

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil operatorlar artıq pul sistemi tətbiq etməyə başlayacaq. Bununla bağlı artıq, “Bakcell” şirkətində may ayının 5-dən etibarən bu sistemi aktiv etməyi qərara alıb. Bu barədə \"Bakcell\" şirkətindən mobil operator istifadəçilərinə göndərilən mesajda bildirilib. Məlumata görə, bundan sonra danışıq hesablaşmaları qəpiklə aparılacaq. Mayın 5-i tarixənədək abonentlərin yüklədikləri konturlar isə bitənədək qüvvədə qalacaq.

\"Facebook\"da virus dolaşır

25.04.2011 [23:40]

Facebook sosial şəbəkəsində virus dolaşmaqdadır. Belə ki, dost siyahısında olan istifadəçidən “..., facebookuma çok bakma yakaladım seni su sitede buldum” məzmunlu məktub gəlir və sonra “@ http://x.co/WnE6?26663” linki göstərilir.

BMT “Ekoloji cəhətdən təmiz İKT bazasında proqram təminatı” müsabiqəsini elan edib

25.04.2011 [19:01]

BMT-nin İKT sahəsində aparıcı təşkilatı olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) iqlim dəyişikliyi problemlərinin həllinə istiqamətlənmiş proqram məhsullarına dair ən yaxşı innovativ ideyanın seçilməsi məqsədlərinə xidmət edən “Ekoloji cəhətdən təmiz İKT bazasında proqram təminatı” müsabiqəsini elan edib.

Sabah Ümumdünya Poçt İttifaqının yaz sessiyası öz işinə başlayır

25.04.2011 [19:00]

26 aprel 2011-ci il tarixdə İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyası öz işinə başlayacaq.

Mozilla: Firefox 4 brauzeri ay ərzində 100 milyon dəfə yüklənib

25.04.2011 [18:59]

Mozilla şirkətinin məlumatına əsasən Firefox 4 brauzeri təqdimatdan bir ay sonra internet istifadəçiləri tərəfindən 100 milyon dəfə yüklənilib.

Azərbaycanda Beynəlxalq əqli mülkiyyət günü qeyd olunacaq

25.04.2011 [18:58]

Aprel ayının 26-da Beynəlxalq əqli mülkiyyət günü qeyd olunur. Bu münasibətlə Müəllif Hüquqları Agentliyi, eləcə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakıda “İT-İP: yeni biliklərin ötürülməsi və qorunması” mövzusunda beynəlxalq konfrans təşkil edəcəklər.

İnternet məkanının gender münasibətlərinə təsiri

25.04.2011 [18:58]

Sosioloqların fikrincə, qlobal şəbəkədə gender stereotipləri aşağıdakı kimi ifadə olunur: qadınlar özlərini kişilərin xəyallarında yaratdıqları “ideal qadın” obrazına uyğun, kişilər isə öz növbəsində qadınların bəyəndikləri, özlərinin mənafeyinə uyğun bir tərzdə təqdim etməyə çalışırlar. Beləliklə də, internet məkanında reallıqdan çox uzaq, fantastik “avatar” obrazlar yaranır.

İranda yeni virus aşkar edilib

25.04.2011 [18:57]

İranın mülki müdafiə təşkilatının rəhbəri Qulam Reza Cəlali ölkəyə qarşı kibernetika hücumunun bir hissəsi olaraq, yeni kompyuter virusunun aşkar edildiyini bildirib.

TQDK virtual seminar-məşğələ keçirib

25.04.2011 [18:56]

Seminar-məşğələ Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sisteminə həsr olunub

\"Sharp\" yeni tip JK displey hazırlayıb

24.04.2011 [23:19]

\"Sharp\" şirkəti yeni tip Jk displeyi hazırlayıb.Yaponiya şirkətinin yeni nazikplyonkalı yarımkeçiriciyə (TFT) əsasən hazırlanıb. (Lenta) Onun hazırlanmasında yeni elementlərdən: indium, qalium, mis və oksigendən istifadə olunub.

iPhone uçur, iPad isə sürünür!

24.04.2011 [23:17]

“Apple” şirkəti 2011-ci ilin ilk rübündə məhsullardan gələn gəlirləri açıqlayıb. Xeberler.az portalının verdiyi məlumata görə, 2011-ci ilin ilk üç ayında “iPhone” 18,65 milyon ədəd satılıb. “iPad”ın satışları isə keçən ilə nisbətən bu ilin ilk rübündə 17% enib.

“Sony” şirkətinin keçmiş rəhbəri vəfat edib

24.04.2011 [23:02]

Sony, şirkətinin keçmiş prezidenti Norio Ohga vəfat edib. Xeberler.az portalının \"France-Presse” agentinə istinadən verdiyi xəbərə görə, Norio Ohga ağır yataq xəstəliyindən vəfat edib.

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar