Azərbaycanda Beynəlxalq əqli mülkiyyət günü qeyd olunacaq

25-04-2011 / 18:58

Aprel ayının 26-da Beynəlxalq əqli mülkiyyət günü qeyd olunur. Bu münasibətlə Müəllif Hüquqları Agentliyi, eləcə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakıda “İT-İP: yeni biliklərin ötürülməsi və qorunması” mövzusunda beynəlxalq konfrans təşkil edəcəklər.

Tədbirdə əqli mülkiyyətin qorunması, mənimsənilməsi, eləcə də əqli mülkiyyətin qorunma üsulları haqqında maarifləndirmə səviyyəsinin artırılması və bu kimi digər məsələlərin müzakirə olunacağı gözlənilir.

Qeyd etmək lazımdır ki, Beynəlxalq əqli mülkiyyət gününün builki mövzusu “Gələcəyi planlaşdırarkən” adlanır. Sənaye nümunələri, dizayn, onların cəmiyyətdə və gələcəyin innovasiyalarında rolu kimi istiqamətlərə xüsusi diqqət yetirilir. Bu məsələ Bakı konfransında da müzakirə olunacaq.

Konfransda deputatlar, dövlət strukturlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur. Tədbir internet vasitəsilə yayımlanacaq.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə