C37HUN ləqəbli azərbaycanlı haker 800 internet saytını dağıdıb Bu barədə məlumat elektron poçta daxil olub. Məlumatda deyilir ki, azərbaycanlı haker bu addımı 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar atıb. O, dağıtdığı saytların ana səhifəsnə 1918-1920-ci illərdə
Java proqramlaşdırma dilinin yaradıcısı Ceyms Qoslinq Google korporasiyasına işə düzəlib. Ən iri internet şirkətinə keçməsi barədə o şəxsi bloqunda yazıb. C. Qoslinqin sözlərinə görə, o Google-da konkret nə ilə məşğul olacağını hələ bilmir, lakin düşünür ki, şirkətin eyni zamanda bir
Smartfon sahiblərinin əksəriyyətinin təhlükəsizliyin əsasları barədə bilikləri olduqca kiçikdir. AVG antivirus həlləri istehsalçısı və The Ponemon Institute məsləhətçi şirkəti tərəfindən aparılmış birgə araşdırmaya əsasən, ABŞ-da smartfon sahiblərinin 84 faizi eyni telefonu həm şəxsi, həm iş məqsədləri üçün istifadə etməklə, qurğunun itirilməsi zamanı burada saxlanılan məlumatları ikiqat təhlükə altına atır.
“Azadlıq Naminə” Fridrix Naumann Fondunun (FNF) maliyyə dəstəyi və Azərbaycan Liberal Gənclər Assosasiyasının (ALGA) təşkilatçılığı ilə 24-26 mart, Novxanıda “Bloq-dünyaya yeni pəncərə” adlı bloqçular üçün seminar təşkil etmişdir. Seminarda- sosial şəbəkələr, bloqçuluq, xalq jurnalsitikası, azərbaycanda bloqçuluq üçün mövcüd baza və digər mövzülar müzakirə olunmuşdur. Bloqçular qrup şəklində “Bloqçuluğun texniki,
“Brand Finance” konsaltinq şirkəti ənənəvi olaraq “Dünyanın ən bahalı 500 brendi” reytinq cədvəlini dərc edib. Bu il üçün ən bahalı brend adına “Google” layiq görülüb. Hesablamalara əsasən, “Google” brendinin bazar qiyməti 44,3 milyard dollar təşkil edir.
ABŞ-ın \"Apple\" korporasiyasının istehsalı olan \"iPad 2\" planşet kompüterini alanlar arasında narazılar artır. Ekspertlər bildirirlər ki, \"Apple\"nin praktiki olaraq hər məhsulu satışa çıxandan sonra gərgin müzakirələr başlasa da, narazılıqlar satışlara əsla təsir etmir.
Mozilla şirkətinin təqdim etdiyi məlumata əsasən Firefox 4 brauzeri ilk 24 saat ərzində 7 milyondan artıq istifadəçi tərəfindən yüklənib.Microsoft şirkətinin yeni məhsulu olan Internet Explorer 9 brauzerinin bu müddət ərzində göstəricisi təqribən 2,3 milyondu.
Amerikalı proqramçı Horeys Nelson \"Facebook\" üçün yeni proqram əlavəsi yazıb. Bu proqram vasitəsilə sosial şəbəkədəki \"sosial maliyyələşdirmə\" funkiyası vasitəsilə məscid, kilsə, sinaqoq və ya məbədlərin fəaliyyətini maliyyələşdirmək, onlara maliyyə yardımları göstərmək mümkün olacaq.
Gürcüstan ərazisində baş vermiş qəzaya görə Ermənistanın demək olar ki, bütün ərazisində internet kəsilib. İnternet rabitəsi təxminən yerli vaxtla saat 19-da (Bakı vaxtı ilə 19.00) kəsilib.
Facebookda daha bir yeni virus yayılıb. Belə ki, virus istəyinizdən asılı olmayaraq Facebook dostlarınıza aşağıdakı məzmunda mesajlar göndərə bilər. : \"Did you see how will u look like in 20 years from now? lol : bit.ly/dUzKS7\"
Supertooth HD elektron cihazı avtomobil sükanını buraxmadan sürücülərə «Facebook» və «Twitter»də baş verənləri izləmək imkanı yaradacaq. Yeni cihaz vasitəsiylə mesaj göndərmək, elektron poçtla ünsiyyət saxlamaq mümkün olacaq. Bu haqda Gizmag texnologiya bloqu məlumat verir.
Türkiyənin “Cocuklar duymasın” serialını izləyənlər bilər: Haluk obrazının ən çox qıcıqlandığı məsələlərdən biri də onlayn (on-line) alış-verişdir. Bir qədər köhnə fikirli, ənənələrə sadıq adam olan Halukun düşüncəsinə görə, malı alarkən onu “əlləmədinsə”, o tərəf-bu tərəfinə çevirib baxmadınsa, o alış-verişin dadı-duzu olmur. Maraqlıdır, onlayn alış-veriş edənlər bu barədə düşünürlərmi və ya aldıqları, yəni sifariş etdikləri malı neçə seçirlər? Ən əsası, online alış-veriş nə deməkdir və avantajları nədir?
Azərbaycanda Facebook sosial şəbəkəsinin istifadəçilərinin sayı 1 yanvar 2011-ci il üçün 279100 nəfər olub, deyə Socialbakers-in məlumatında bildirilir (www.socialbakers.com/facebook-statistics/). Hesabata əsasən, 1 dekabr 2010-cu ildən istifadəçilərin sayı 6,77% (17700 nəfət) artıb. Bunun sayəsində Azərbaycan Facebooka girmə reytinqində 2010-cu ilin dekabrı ilə müqayisədə 2 pillə irəliləyib və indi 94-cü yerdədir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni veb-saytı – www.azdrama.az üzərində son hazırlıq işləri gedir. Saytın sınaq versiyasının təqdimatı ötən ilin noyabr ayında Bakıda keçirilən “Dünya teatr prosesi XXI əsrdə: problemlər, prespektivlər, alternativlər” adlı Bakı Beynəlxalq Teatr Konfransı zamanı olmuşdu. Portalın tamamlanma işləri yaxın zamanlarda bitəcək. Daha sonra da təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
Dünyanın ən iri sosial şəbəkəsi istifadəçiləri üçün yenilik hazırlayır. \"Facebook\" sosial şəbəkəsində bu yaxınlarda \"Suallar\" funksiyası peyda olacaq. Şəbəkənin istifadəçiləri bu funksiya vasitəsilə dostları ilə məsləhətləşə biləcəklər. \"Suallar\" (Questions) düyməsi \"Status\", \"Fotoşəkillər\", \"Link\" və \"Video\" düymələrinin yanında