"Facebook"la məscidləri maliyyələşdirmək olacaq

28-03-2011 / 23:55

Amerikalı proqramçı Horeys Nelson "Facebook" üçün yeni proqram əlavəsi yazıb. Bu proqram vasitəsilə sosial şəbəkədəki "sosial maliyyələşdirmə" funkiyası vasitəsilə məscid, kilsə, sinaqoq və ya məbədlərin fəaliyyətini maliyyələşdirmək, onlara maliyyə yardımları göstərmək mümkün olacaq.

"Faith Funder" adlı proqram əlavəsindən istifadə edərkən "Facebook"un istifadəçisi dünyanın istənilən ölkəsindəki məscidə də yardım edə biləcək. Proqram internet vasitəsilə ianələr sistemi təki işləyir.
Bunun üçün hər hansı məscid və ya kilsənin "Facebook"da rəsmi profili yaradılmalıdır. Profil olarsa, "Facebook" istifadəçiləri həmin məscidin fəaliyyətinə maliyyə yardımları edə bilərlər.

"Faith Funder" proqramının beta versiyası aprelin 16-da, son versiyası isə mayın 16-da işə düşəcək.

//milli.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə