Bakı Dövlət Universitetinin mətbuat xidmətinin yeni saytı istifadəyə verilib. Bu gün BDU-da saytın təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Abel Məhərrəmov qeyd edib ki, bu gün Azərbaycan jurnalistikası gündən-günə inkişaf edir. \"Mətbuat Azərbaycanda dövlət hakimiyyətinin dördüncü qolu funksiyasını uğurla yerinə yetirir. Dövlət tərəfindən göstərilən diqqət və qayğı milli mətbuatın inkişafına öz tövhələrini verir\", - Məhərrəmov əlavə edib.
Hazırda Misiri idarə edən silahlı qüvvələrin ali şurası özü üçün “Facebook” sosial şəbəkəsində səhifə açıb. Xeberler.az SalamNews-a istinadən xəbər verir ki, bu səhifənin açılmasında məqsəd vətəndaşların komandanlığa müraciət edə bilməsini təmin etməkdir. “Bu səhifə vətəndaşların şikayət və sorğularının qəbul edilməsinə, eləcə də cavab verilməsinə şərait yaradacaq. Vətəndaşların səhifədəki müraciətləri ilə bağlı bütün işləri xüsusi informasiya komitəsi
Azərbaycanın ən gənc mobil operatoru \"Azerfon-Vodafone\" 2010-cu ildə rouminq sazişlərinin sayının artmasını bildirib. \"Azerfon\" şirkətinin mətbuat xidmətindən bildirilib ki, 2010-cu ildə \"Azerfon-Vodafone\" rouminq əhatə dairəsini 220 operatora qədər genişləndirib və \"Japan Softbank\", \"USA AT&T\", \"Canada Rogers\" kimi operatorlar ilə yeni rouminq sazişləri imzalanıb. İndi \"Azerfon-Vodafone\" müştəriləri sərfəli və
Şəkidən Fərid godaddy.com saytına daxil olub cəmi 10-15 dəqiqə ərzində boş olan istənilən domeni əldə edə bilər. Amma Qərb ölkələrindən birində yaşayan Fred nə qədər etsə də «.az» domenində qeydiyyatdan keçə bilməz. Bunun üçün əvvəlcə Bakıda yaşayan bir dost tapmalı, sonra isə... Sonrakı proses elə Azərbaycan vətəndaşları üçün də eynidir.
Obama \\\"Apple\\\",\\\"Google\\\" və \\\"Facebook\\\" rəhbərlərini qəbul edib Görüşə fotoqraflar buraxılmayıb. ABŞ prezidenti Barak Obama bir neçə yüksək texnologiya şirkətlərinin rəhbərlərini qəbul edib. Ağ evə dəvət olunanlar arasında “Apple” şirkətinin rəhbəri, milyonçu Stiv Cobs, “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zuxerberq, “Google” şirkətinin icraçı direktoru Erik Şmidt və digərləri olub. Qeyd edək ki, “Apple
Smartfon “Cloud Touch” adlanır XEBERLER.AZ ”Lenta.ru”-ya istinadən xəbər verir ki, Britaniya şirkəti INQ \"Facebook\" sosial şəbəkəsi üçün xüsusi hazırlanmış “Cloud Touch” adlı smartfon təqdim edib. Bu haqda \"All Thinqs Digital\" texnobloqunda məlumat verilib. Smartfonun işçi ekranına əsasən sosial şəbəkənin funksiyaları birləşdirilib. Bu yolla istifadəçilər yeni dostlarını həm izləyə bilər, həm də \"Facebook\"a qoyulmuş şəkillərə, videoroliklərə baxa biləcəklər. Onlar həmçinin
Facebook sosial şəbəkəsində ailə vəziyyətini göstərmək üçün yeni status yaradılıb. Yeni status eyni cinsdən olan şəxslərin «ittifaqı»nı göstərmək üçündür. Bundan sonra istifadəçinin ailə vəziyyətini göstərmək üçün «vətəndaş ittifaqı» statusunu da seçmək olacaq. ABŞ-ın eynicinsli insanların nikahının qanunsuz olduğu ştatlarında belə birliklər məhz «vətəndaş ittifaqı» kimi göstərilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi bu fikirlər müvafiq dövlət və özəl strukturlar qarşısında əlavə vəzifələr və məsuliyyətlər müəyyənləşdirib. Nağdsız ödənişlərin həcminin artması və nəticə etibarilə vergidən yayınma hallarının qarşısının alınması və vergitutma bazasının genişlənməsində cəmiyyətin üzərinə də mühüm məsuliyyət düşür. Dövlət başçısının da qeyd etdiyi kimi, xidmət, ticarət, iaşə obyektlərində ödəmə kartlarından istifadə hallarının çoxalması paralel olaraq vergitutma
Bloomberg” agentliyi Azərbaycan prezidentinin mətbuat xidmətinə üzrxahlıq məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənablar! Bildiyiniz kimi, bu gün “Bloomberg News”da baş vermiş texniki qüsur nəticəsində veb səhifəmizdə dərc olunmuş məqalədə Prezident İlham Əliyevin fotoşəkilinin altında yanlış sərlövhə getmişdir. Bu sərlövhə səhv olaraq bizim digər Əliyev soyadlı şəxsə - Azərbaycan
Azərbaycan-Ermənistan münasibətlərindən bəhs edən, ilk kino-incəsənət saytı olan www.prervannaya-pesnya.ru saytı Azərbaycan xakerləri hesabına yüksək reytinq qazanıb. Belə ki, sayt 2 gün ərzində 25000 insan tərəfindən ziyarət edilib.
Tibb elminə daxil olan yeni xəstəlik növü: \"Facebookla bağlı anksayeti xəstələyi\".. Şotlandiyada keçirilən araşdırmaya görə, bütün dünyada 500 milyondan çox üzvü olan sosial şəbəkə Facebookda dostlaşma, sonda istifadəçilərin stresə girməsinə səbəb olur. Edinburgda yerləşən Napier Universitetində tələbələr üzərində keçirilən araşdırma nəticəsində, az da olsa bir qrup istifadəçinin \"Facebookla bağlı anksayeti xəstələyi\"nə yoluxduğu bəlli olmuşdur.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin www.azstand.gov.az domen adlı İnternet resursu özünün görüntü və funksionallığı baxımından müsbət xarakterizə edilə bilər. Saytın istifadəsi rahatdır. Üstəlik sahəyə aid gərəkli informasiyalar yetərincədir. Ancaq bu heç də o demək deyil ki, sayt tam olaraq mükəmməl dəyərləndirilə bilər. Saytda əlbəttə ki, xeyli informasiya çatışmazlığı da var. Ümumi mənzərə isə aşağıdakı kimidir. 1. Qurum haqqında bilgilər demək olar
Azərbaycan prezidenti İlham Əliyev İranın informasiya texnologiyaları və kommunikasiya naziri Reza Tağıpur Ənvərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazir Reza Tağıpur Ənvəri İran dövlət başçısının ölkəmizə son səfəri zamanı göstərilən yüksək diqqətə və qonaqpərvərliyə görə Azərbaycan prezidentinə minnətdarlıq etməyi prezident Mahmud Əhmədinejadın ona şəxsən tapşırdığını deyib
\"Bu ilin mart ayından pensiyaçılara SMS İnfo xidməti göstəriləcək\". Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov ANS-ə müsahibəsində bildirib. Onuns sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan 1 milyon 292 min 348 nəfər əmək pensiyaçısının mühüm problemlərindən biri müavinətlərini almaq üçün dəfələrlə bankomatlara üz tutmalarıdır.
şirkəti 3D texnologiyasını dəstəkləyən iki yeni qurğu nümayiş etdirib. Bunlar “LG Optimus 3D” smartfonu və “LG Optimus Pad” planşet kompüterdir. “LG Optimus 3D”smartfonu 3D-kontentlə tam həddə işləmək imkanı verir. Yəni bu modelin istifadəçisi smartfonda 3D-təsvirə nəinki baxa, hətta özü bu cür kontent yarada bilər. Qurğunun displeyi stereotəsvirə adi gözlə baxmaq imkanı verən xüsusi texnologiya ilə təchiz olunub