Facebook cinsi azlıqlar üçün status yaratdı

18-02-2011 / 16:45

Facebook sosial şəbəkəsində ailə vəziyyətini göstərmək üçün yeni status yaradılıb. 

Yeni status eyni cinsdən olan şəxslərin «ittifaqı»nı göstərmək üçündür. Bundan sonra istifadəçinin ailə vəziyyətini göstərmək üçün «vətəndaş ittifaqı» statusunu da seçmək olacaq. ABŞ-ın eynicinsali insanların nikahının qanunsuz olduğu ştatlarında belə birliklər məhz «vətəndaş ittifaqı» kimi göstərilir.

Yeni statusun ilk olaraq ABŞ, Kanada, Fransa, Böyük Britaniya və Avstraliya istifadəçiləri üçün peyda olacağı bildirilir.

«İstifadəçilərimiz bunu çoxdan tələb edirdi», - deyə Facebook şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Endryu Noyes bildirib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə