İndi “Android 2.2 Froyo” platforması ilə işləyən smartfon və planşet kompüterlərin, eləcə də “iOS 3.0” və daha yüksək əməliyyat sistemi ilə idarə olunan “Apple” qurğularının sahibləri “Google Docs” xidməti vasitəsilə nəinki sənədlərə baxa, eyni zamanda onları bilavasitə mobil brauzerin köməyi ilə redaktə edə də biləcəklər.
Azərbaycanın ilk mobil rabitə operatoru «Bakcell» şirkəti Xəzər, Qafqaz və Azərbaycan Texniki universitetləri ilə birlikdə «Bakcell Məzunu» proqramına start verib.
Xeberler.az portalı \\\"Milli.az\\\" portalına istinadən xəbər verir ki, qurğunun rəsmi təqdimat mərasimi isə hələ təşkil olunmayıb. Bir qədər əvvəl KİV-lərdə onun \\\"Nexus S\\\" adlandırılacağı və \\\"Samsung\\\" korporasiyasının zavodlarında istehsal olunacağı haqqında xəbər gəzirdi.
2010-cu ilin əvvəlindən bəri rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara 933,0 milyon manatlıq rabitə xidməti göstərilib.
Azərbaycan ərazisində internetin yayılmasına görə Cənubi Qafqazda liderdir. Bu barədə Tiflisdə keçirilən media konfransında Freedom House təşkilatının baş meneceri Sem Patten bildirib. Xeberler.az “Грузия Оnline”na istinadən bildirir ki, qurumun hesabatında internetin ölkə ərazisinin 40 faizində yayılması qeyd edilib.
Son günlər Ermənistanın cəbhə xəttində hərbi təlimlər keçirməsi, bu ölkənin prezidenti Serj Sərkisyanın isə Azərbaycana yönəlik açıqlamaları «Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatının (UGT) İdarə Heyətinin iclasında müzakirə olunub. Bu barədə açıqlama verən təşkilatın sədri Fərid Şahbazlının sözlərinə görə, İdarə Heyətinin üzvləri erməni prezidentin hədə tonundakı fikirlərini siyasi əxlaqsızlıq kimi qiymətləndirib:
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloqqer Adnan Hacızadənin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Qaradağ rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə şikayəti təmin edib və Adnan Hacızadə vaxtından əvvəl azadlığa buraxılıb.
ABŞ-ın Yol Hərəkətin Təhlükəsizliyi İnstitutu tərəfindən aparılmış “kraş-test”lər nəticəsində cəmi iki avtomobil modeli təhlükəsizliyik üzrə ən yüksək bal alıb. Xəbərlər.az-ın məlumatına görə, bu modellərdən biri BMW 5-ci seriyanın sedanı olub ki, frontal zərbədən sonra sürücü toxunulmamış qalıb.
Phone 4 dən sonra Apple şirkəti iPhone 5 üzərində yeni işlərə başlayıb. CultofMac dən verilən açıqlamaya görə, yeni iPhone yeni pulqabı rolunda çıxış edəcək.
ABŞ-ın tanınmış mikroçip və kompüter avadanlıqları istehsalçısı olan “İntel” korporasiyası Kanadanın proqram təminatı istehsalı ilə tanınan “Cogno Vision” şirkətini satın alıb.
Yaponların bu yeni kəşfi arıqlamaq istəyənlərin köməyinə gələcək Qurmanlar, şirniyyat aludəçiləri və bu sıradan olan adamlar üçün Yaponiyada yeni mobil telefon istehsal edilib. Telefonun əsas və qeyri-adi vəzifəsi adamların özlərinin artıq çəkilərinə nəzarətdir. NTT Communication
“525-ci qəzet”in fəaliyyətə başladığı gündən 18 il ötür. Qəzetin ilk sayı 1992-ci il noyabrın 17-də çıxıb. Gündəlik ictimai-siyası qəzet olan “525”in baş redaktoru Rəşad Məcid, redaktoru Yaşar Əliyevdir. Qəzet həftə içi 8, şənbə günləri isə 32 səhifə ilə oxucuların görüşünə gəlir.
Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib. Qeyd edək ki, Ermənistan mətbuatının məlumatına görə, noyabrın 13-dən etibarən bu ölkənin “Cornet” internet-provayderinin istifadəçiləri Azərbaycanın əsas informasiya agentliklərinin saytlarına daxil ola bilmirlər.
İndiki dövrdə bizi əhatə edən o qədər sayt var ki, onları saymaq belə mümkün deyil. Statistikaya görə, müasir insan həftənin ən azı 46 saatını İnternetə sərf edir. Hətta biz internetə WAP mobil servisi ilə də daxil ola bilirik. Bu gün biz sizə dünyanın ilk internet saytı haqda məlumat verəcəyik
Dünyanın ən varlı pianoçularından biri ağlagəlməz fırıldaqçılıq qurbanı olub. Zəngin pianoçu Rocer Devidsonun kompüterinin virusdan qorunması ona 20 milyon dollara başa gəlib. Lakin pulları pianoçudan sızdıran» yalnız virus deyildi. Tam əksinə, Devidsonun belə böyük məbləğdə pul itirməsinin yeganə səbəbi kompüterini viruslardan «qoruyan» mütəxəssis olub.