Blogger Adnan Hacızadə azadlığa buraxıldı

18-11-2010 / 20:12

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloqqer Adnan Hacızadənin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Qaradağ rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə şikayəti təmin edib və Adnan Hacızadə vaxtından əvvəl azadlığa buraxılıb.

A. Hacızadənin vəkili Elton Quliyev APA-ya açıqlamasında bildirib ki, cəzanın yarı hissəsini çəkəndən sonra hər bir məhkumun vaxtından əvvəl azadlığa buraxılması barədə məhkəməyə müraciət etmək hüququ var: “Biz də vaxtından əvvəl azadlığa buraxılma barədə Qaradağ rayon Məhkəməsinə müraciət etmişdik. Lakin məhkəmə iddianı təmin etmədiyi üçün apellyasiya şikayəti verdik. Bu gün isə məhkəmə şikayəti təmin etdi”.

Qeyd edək ki, A. Hacızadə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Qaradağ rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətini təmin etmədiyindən apellyasiya şikayəti verilib.

Xatırladaq ki, həbsdə olan bloqqerlər Adnan Hacızadə və Emin Milli (Abdullayev) 2009-cu il iyulun 8-də Azərbaycan paytaxtındakı “Lebanese” restoranında baş verən insidentdən sonra saxlanılıblar. Onlar Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirli biliniblər. Səbail rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onlar birinci instansiya məhkəməsinin hökmündən apelyasiya şikayəti veriblər. Şikayət təmin olunmayıb və Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra kasasiya şikayəti verilib. Ali Məhkəmə də əvvəlki məhkəmə instansiyaların qərarını qüvvədə saxlayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə